Federal lәzgi
milli-mәdәni muxtariyyәti

AŞPA sessiyasında Azərbaycanda mətbuata qarşı təqiblərə dair qətnamə müzakirə olunacaq

 

AŞPA-nın qıs sessiyasına (26-30 yanvar) Avropada mətbuat azadlığı haqqında qətnamə layihəsi çıxarılacaq.

Sənədin layihəsi AŞPA-nın saytında dərc edilib. Sənəddə deyilirki, bəzi Avropa ölkələrində söz və KİV azadlığının boğulması ilə bağlı ciddi hallar baş verir. Qətlə yetirilən mətbuat işçiləri arasında azərbaycanlı jurnalistlər Elmar Hüseynov və  Rafiq Tağının, həmçinin Anna Politkovskaya, Pavel Xlebnikov, Georgi Qonqadze, Qrant Dinkin adları sadalanır.

Həmçinin Azərbaycanda həbs olunmuş jurnalist, ölkənin ali rəhbərliyinin korrupsiya faktlarını açıqlayan  Xədicə İsmayılovanın işindən danışılır.

Qətnamədə Bakı həbsdə olan jurnalistlərin dərhal azad edilməsinə, onlara qarşı təqiblərə son qoyulmasına çağılırır.

Layihə AŞPA üzvlərindən ibarət qrup tərəfindən hazırlanıb. Bura erməni nümayəndə heyətinin üzvləri də daxildir.

Öz növbəsində Azərbaycan tərəfi "Kəlbəcər partizanları”- Dilqəm Əsgərov və Şahbaz Quliyevin işini AŞPA-nın müzakirəsinə çıxarmaq niyyətindədir. Onlar ermənilərin nəzarətində olan Kəlbəcər rayonunda təxribat və qətl törətməkdə ittiham olunurlar.

.

contact.az

.

Maybe you are interested in:

AŞPA komitəsi Sərsəng su anbarı üzrə qətnaməni təqdir edib

AŞPA Azərbaycanda demokratiyanın boğulmasını pisləyib, siyasi məhbusların azadlığa buraxılmasını tələb edib

AŞPA məruzəçiləri Azərbaycanda siyasi islahatlara çağırıblar

Aqramunt niyə ölkəmizə gəlir?

IGPA: Xədicə İsmayılovaya qarşı təqiblərə son qoyulsun

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz