Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Dünyanın müxtəlif ölkələrində Xocalı faciəsinin 23-cü ildönümü qeyd edilir

 

Son günlər dünyanın bir çox ölkələrində 1992-ci il fevralın 25-26-da Dağlıq Qarabağın Xocalı şəhərində kütləvi qırğının 23-cü ildönümünə həsr olunmuş matəm tədbirləri keçirilir.

Tədbirlər Azərbaycan səfirliyi, diaspora təşkilatları və xaricdə yaşayan və ya təhsil alan sadə azərbaycanlılar tərəfindən təşkil edilib.

Bu aksiyaların mahiyyəti hələ də beynəlxalq hüquqi qiymətini almamış dinc vətəndaşların kütləvi qətli faktına diqqət çəkməkdir.

Son illər bu istiqamətdə müəyyən işlər görülüb və hazırda dünya ictimaiyyəti Azərbaycanda soyqırım kimi qiymətləndirilən bu fakt haqqında daha yaxşı məlumatlandırılıb.

Ənənəvi olaraq 25-26 fevral Azərbaycanda matəm tarixi kimi qeyd edilir.

Fevralın 26-da ölkə rəhbərliyi, ictimai və siyasi xadimlər, parlament üzvləri Bakıda Xocalı soyqırımı qurbanları abidəsinin önünə gül qoyur.

*Fevralın 26-na keçən gecə Qarabağda erməni silahlı birləşmələri Xocalıda yerləşən 366-cı rus motoatıcı alayının zirehli texnikasının və şəxsi heyətinin dəstəi ilə Qarabağın azərbaycanlıların yaşadığı böyüklüyünə görə ikinci yaşayış məntəqəsini işğal edib. Bu zaman 613 dinc sakin qətlə yetirilib. 

.

contact.az

.

Maybe you are interested in:

Avropa Şurası “Azərbaycanda ifadə və media azadlığı” layihəsindən nə gözləyir?

Arizona ştatı Xocalı soyqırımını tanıyıb

Azərbaycan 20 yanvar faciəsinin 25-cü ildönümünü qeyd edir

Bakı İsraildə anti-Azərbaycan əhval-ruhiyyəsi hiss edib

Avropa QHT koalisiyası Azərbaycanda repressiyaları pisləyir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz