Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Arizona ştatı Xocalı soyqırımını tanıyıb

 

Amerikanın Arizona ştatının Senatı (yuxarı palata) Xocalı hadisələrini soyqırım kimi tanıyan qətnamə qəbul edib. Bu barədə cümə axşamı Azərbaycanın Los-Ancelesdeki Baş Konsulluğunun məlumatında deyilir.

Qətnamə Arizona Senatının plenar iclasında iştirak edən Azərbaycanın Los-Ancelesdeki baş konsulu Nəsimi Ağayevə təqdim olunub.

Qətnamədə Human Rights Watch təşkilatının məlumata isnadla deyilir ki, Xocalı soyqırımı Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin törətdikləri ən böyük qətliamdır.

Bir sıra dünya ölkələri, ABŞ ştatları bu qətliamı pisləyən qətnamə qəbul ediblər.

Bu faciədə günahı olan cinayətkarlar indiyədək layiq olduqları cəzanı almayıblar. Bundan əlavə, Dağlıq Qarabağ və ona bitişik yeddi rayon hələ də Ermənistanın işğalı altındadır.

Sənəddə xatırladılır ki, BMT TŞ və Baş Assambleyası Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını pisləyən qətnamələr qəbul ediblər.

Beləliklə, Xocalı faciəsini soyqırım kimi tanıyan ABŞ ştatlarının sayı 16-ya çatıb.

*1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın ikinci böyük yaşayış məntəqəsi olan Xocalı şəhəri Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbçiləri və döyüş texnikasının fəal iştirakı ilə erməni separatçıları tərəfindən işğal edilib.

600-dən çox dinc sakin qətlə yetirilib, 1200-dən çox adam 75 nəfər əsir və girov götürülüb.

.

contact.az

.

Maybe you are interested in:

ABŞ səfirliyi Corciya ştatının qərarı haqqında

Dövlət Departamenti AŞPA qətnaməsinin qəbul edilməməsində Nulandın roluna dair suala cavabdan yayınır

AŞPA komitəsi Sərsəng su anbarı üzrə qətnaməni təqdir edib

Böyük Britaniya səfiri XİN-ə çağırılıb

ABŞ Konqresində Azərbaycanla Ermənistana maliyyə yardımına dair dinləmələr keçirilib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz