Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Bricet Brink: ABŞ Azərbaycana çox böyük önəm veirir

 

Noyabrın 24-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brink və ABŞ Dövlәt Departamentinin Avropa vә Avrasiya ölkәrinә yardımlar üzrә koordinatoru Alina Ramanovski Azərbaycana səfərlərinin yekunları ilə bağlı ABŞ səfirliyində brifinq keçirib.

"Bizim səfərimiz ABŞ-ın yüksək səviyyəli hərbi və ticarət missiyalarının səfərlərindən sonraya təsadüf edir. Azərbaycana səfərimiz məhsuldar olub. Bir gün yarım ərzində Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri, təhlükəsizlik üzrə məsləhətçi, vətəndaş cəmiyyəti təşkilatlarında görüşlər keçirdi”, deyə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brink qeyd edib.

O bildirib ki, ABŞ-ın ismarıcı belədir, Azərbaycana dəyərli tərəfdaş kimi çox böyük önəm verir.

"ABŞ-ın Azərbaycanla geniş çeşidli əlaqələrinə enerji, təhlükəsizlik, iqtisaqdiyyat, demokratiya və insan hüquqları daxildir. ABŞ tərəfindən bundan sonra göstərilən yardımlar münasibətlərin ayrılmaz tərkibi kimi qalır. Yardımlar yenə də münasibətlərimizin sütununu təşkil edən 3 əsas sahəni - enerji, təhlükəsizlik, demokratiya və insan hüquqları  sahələrinin inkişafını əhatə edəcək”, deyə B.Brink bildirib.

ABŞ Dövlәt Departamentinin Avropa vә Avrasiya ölkәlərinә yardımlar üzrә koordinatoru Alina Ramanovski səfəri zamanı Azərbaycana göstəriləcək yardımlarla bağlı müzakirələr apardığını bildirib.

"Azərbaycan ABŞ-ın yardımları ilə demokratiya və təhlükəsizlik sahəsində inkişafa nail olur”, deyə o qeyd edib.

O, ABŞ-ın Dağlıq Qarabağa göstərdiyi yardımlara aydınlıq gətirib. "ABŞ Dağlıq Qarabağı müstәqil vә suveren qurum kimi tanımır. Dağlıq Qarabağın son statusu beynәlxalq müstәvidә vә ATӘT-in Minsk qrupunun apardığı danışıqlar prosesinin subyektidir”.

Onun dediyinə görə, ABŞ Dövlәt Departamentinin yardımları Dağlıq Qarabağda sırf minalardan tәmizlәmә işləri üçün ayrılıb. "Yardımlar minalar tәmizlәnәnә qədər davam edәcәk. Bu vasitәlәr layihә ixracı ilә mәşğul olan şirkәtlәrә tәqdim edilir, oradakı de-fakto rәhbәrliyә verilmir”, deyə A.Ramanovski qeyd edib.

Onun sözlərinə görə, ABŞ 1993-cü ildən başlayaraq qaçqın və məcburi köçkünlərə 115 milyon dollar yardım ayırıb.

"Ümumilikdə isə 1992-ci ildən başlayaraq ABŞ Azərbaycana 1,1 milyard dollar yardım edib. Bundan əlavə olaraq, 220 milyon dollar dəyərində əşyalar çatdırıb. 1993-cü ildən başlayaraq mina və partlamamış hərbi sursatların (PHS) təmizlənməsi üçün 30 milyon dollar vermişik və bunun müqabilində 500 mindən çox mina, PHS təmizlənib”.

ABŞ yardımlarını həmçinin Beynəlxalq İnkişaf Agentliyi USAİD vasitəsi ilə davam etdirib. "Yardımlar iqtisadiyyatın şaxələndirilməsini, biznes sahəsini və fermerləri əhatə  edib. Bu yardımlar vasitəsi ilə iqtisadiyyat və kənd təsərrüfatı müəyyən irəliləyişlər əldə edib. Məsələn, narın ixracı 57 faiz, qozun ixracı 68 faiz, digər kənd təsərrüfatı məhsulları 12 faiz artıb”.

ABŞ yardımları nəticəsində regionlarda 97 icma mərkəzi yaradılıb, 39 layihə həyata keçirilib. 222 min qadın internetdən və informasiya kommunikasiyalarından bəhrələnib.

Suallara cavabda Bricet Brink deyib ki, ABŞ Dağlıq Qarabağ münaqişәsi ilә bağlı danışıqlar prosesindә daha çox irәlilәyiş görmәk istәyir. "Biz Minsk qrupunun Azәrbaycan vә Ermәnistan rәhbәrliyi ilә işlәyәrәk ilin sonuna kimi prezidentlәrin görüşünü keçirmәk sәylәrini dәstәklәyirik”. O, Minsk qrupunun kifayәt qәdәr aktiv qrup olduğunu bildirib. "Bizim qrupdakı sәfirimiz Ceyms Uorlik dә münaqişәnin sülh yolu ilә hәllində maraqlıdır vә aktivlik göstәrir. Minsk qrupu vasitәçilik fәaliyyәti ilә mәşğuldur. Lakin münaqişәnin hәll olunması ilә bağlı son qәrar dövlət rәhbәrlәrinin üzәrinә düşәn mәsәlәdir. ATӘT-in Minsk qrupu buna tәkan verir. Biz bunu dәstәklәyirik. Dağlıq Qarabağ münaqişәsinin sülh yolu ilә hәll olunması hәr kәsin - Ermәnistan, Azәrbaycan hökumәtlәrinin, regional dövlәtlәrin, ABŞ-ın maraqlarındadır. ABŞ münaqişәnin Minsk qrupu çәrçivәsindә hәllini dәstәklәyir”.

Bricet Brink Turan-ın Rusiya hərbi təyyarəsinin vurulması ilə bağlı sualına cavab verməyib.

"Təyarənin vurulması ilə bağlı mediadan məlumat almışam. Amma bununla bağlı şərh verməyəcəyəm”.

Turan-ın Azərbaycanda danışıqlarda hansı sahələr üzrə razılıq əldə edilməsi ilə bağlı sualının cavabında Bricet Brink deyib ki, həm hökumət, həm də hökumətdənkənar tərəfdaşları ilə geniş danışıqlar aparıblar.

"Təhlükəsizlik, enerji, demokratiya və insan haqları sahəsində səylərimizi birləşdirib fəaliyyət göstərəcəyik.  Sözügedən üç sahə əməkdaşlığımızın sütunudur. Bu sahələrdə əməkdaşlığımız lazımdır. Ölkədə vətəndaş cəmiyyətinin inkişafı vacibdir. Bu, həm də azad media, müxalifət deməkdir. Daha güclü demokratiya isə daha güclü təhlükəsizlik, iqtisadiyyat deməkdir”.

A.Ramanovski isə Turan-ın sualının cavabında ABŞ yardımlarının münasibətlərin əsasını təşkil edən üç sütun üzrə davam etdiriləcəyini  deyib.

"Danışıqlarda yardımların dairələrini müəyyənləşdirdik. Bunlar demokratiya, insan hüquqları, vətəndaş cəmiyyətinin gücləndirilməsi, kənd təsərrüfatı, qadınların rolunun cəmiyyyətdə gücləndirilməsini və  başqa sahələri əhatə edəcək”, deyə o qeyd edib. 

.

www.contact.az

.

Maybe you are interested in:

Avropa İttifaqının vitse-prezidenti Azərbaycana və Ermənistana gələcək

ABŞ Azərbaycanın qeyri-neft sektoruna investisiyaları artıracaq

ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Bakıya gəlib

Razi Nurullayev: Dialoq üçün ilk öncə günahsız həbsə atılmış insanlar azad edilməlidir

Viktoriya Nuland: “ABŞ və Azərbaycan demokratiya və insan hüquqları üzrə birgə struktur yaradacaqlar”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz