2016-cı ildə dəyişikliklər qaçılmazdır
2016-cı ildə Azərbaycan üçün dəyişikliklər qaçılmazdır, həm də onlar heç də həmişə xoş olmayacaq. Döngələr o qədər sərt olacaq ki, hakimiyyət bəzi hallarda vəziyyəti təhlil etməyi çatdırmayacaq, bu isə düzgün olmayan qərarların qəbul edilməsi ilə nəticələnə bilər. Maliyyə vəziyyətini sarsıdacaq real təhlükələr yaranacaq. Ola bilər ki, kəskin qənaət rejiminə keçmək və bütün xərclərə diqqətlə nəzarət etmək lazım gəlsin.
Azərbaycandan başqa, Türkiyə, Hindiçin, İran, Əfqanıstan, İsveçrə, Macarıstan da Əqrəb bürcünə daxildir.
Azərbaycan bütün 2016-cı il ərzində Mars, Venera və Plutonun birgə güclü təsirini öz üzərində hiss edəcək. 2016-cı il üçün Əqrəb bürcündə belə bir kombinasiya çox da qeyri-adi bir şey deyil, amma ümumilikdə ölkə ətrafında həyatın misli görünməmiş burulğana səbəb olacaq kifayət qədər maraqlı vəziyyətdir. Və hər şey qədim nağılda olduğu kimi olacaq: "bütün camaat krala baxırdı və yalnız kral heç kimə baxmırdı”. Vəziyyətin ən maraqlı məqamlarından biri odur ki, Azərbaycan bütün il ərzində çox da xoş olmayan, bütün yolların özünə gətirən Roma rolunu oynamağa davam edəcək.
Ümumiyyətlə, 2016-cı il daim Əqrəbləri çox mühüm qərarlara təşviq edəcək. Ümumilikdə Azərbaycan üçün ili üç mərhələyə bölmək olar, bu mərhələrdən hər biri öz fərqləndirici xüsusiyyətləri ilə səciyyələnəcək.
Birinci mərhələ ilk üç ayı və aprelin yarısını, ikinci dekadasının ortalarına qədər olan müddəti əhatə edəcək. Bu fazanı ən parlaq və dinamik mərhələ kimi səciyyələndirmək olar. Çox güman ki, bu, 2016-cı ilin məhz sözügedən aylarında və yazın ortalarına qədər Mars Əqrəb bürcü nümayəndələrinə qarşı xüsusi fəallıq göstərəcək. Həmin vaxt ölkənin xüsusi yüksəliş hiss edəcəyindən və ümumilikdə bir çox həyati məsələləri həll edə biləcəyindən şübhə etməmək olar.
İkinci mərhələdə, yaz-yay dövründə - aprelin sonlarından ən son yay ayının başa çatmasına qədər ətrafda baş verən hadisələrin dinamikası bir qədər zəifləyəcək. 2016-cı ilin həmin dövründə Venera heç bir şəkildə macəralara uymamağı tövsiyə edir. Prezidentə vicdanlı, açıq olmaq və kənar təsirlərdən qətiyyən asılı olmamaq tövsiyə olunur. Əlbəttə, həmkarlarını və yaxın tərəfdarlarını dinləmək tamamilə məntiqlidir, xüsusən, onlar nə dediklərini yaxşı başa düşürlərsə və mövzunu real şəkildə anlayırlarsa. Amma istənilən halda, baş verənlərin müəyyən mühüm elementlərini o, özü təhlil etməlidir, bu, onun nə dediyini və nəyə çağırdığını tam mənada "yaşamasına” imkan verəcək.
Payızın gəlişi ilə başlayan və 2016-cı illə birlikdə başa çatacaq üçüncü mərhələ nisbətən sakit və ahəngdar olacaq. Bu dövrdə Günəş sisteminin göy cisimlərinin tə
Azərbaycandan başqa, Türkiyə, Hindiçin, İran, Əfqanıstan, İsveçrə, Macarıstan da Əqrəb bürcünə daxildir. |
2016-cı ilin finalında məhz işgüzar istiqamət bütün cəmiyyəti birləşdirən istiqamət olmalıdır. Və bu dövrdə ictimai münasibətlərdə hər şeyin qaydasında olması vacibdir.
* Zodiakal Əqrəbin idarəçiliyində olan ölkələr bir qayda olaraq eniş və yüksəlişlə bağlı qədim tarixə malikdir. Bu etnosun tipik nümayəndəsində şəxsi real əmlak imkanından asılı olmayaraq, bütün millətin sərvətinə daxili şəriklik hissi mövcuddur. Bu ölkələrin adamlarında təkcə etnosun həyatına aid bütün qərarların qəbulunda deyil, həmçinin bütün bayramların, istənilən səviyyədə ayinlərin keçirilməsində də kollektivlik aydın ifadə edilir.
Hər bir insan ayrı ayrılıqda təcavüzkarlıqdan daha çox emosionaldı, ancaq insanlar bir yerə toplananda narahat edilmiş arı pətəyini xatırladır.
Bu etnosların memarlığında qalın divarlı, kərpiclə hörülmüş, böyük cəpəri olan möhkəm, davamlı tikililərə meyl mövcuddur. Əksər hallarda küçədən görünməyən böyük və qapalı daxili həyət olur. Bir qayda olaraq bayırdan bəzək olmur, ancaq içəridə bolluq və var-dövlətin bütün əlamətləri ola bilər.
Bu ölkələrin əraziləri təbii sərvətlər, əksər halda neftlə zəngin olur, yaxud bütün dünyadan pul vəsaitlərinin cəlb edilməsi üçün meydan rolunu oynayır. Oradakı xalqları bu sözün adət etdiyimiz mənasında döyüşkən adlandırmaq olmaz, onlar döyüşməkdənsə sülh əldə etməyə üstünlük verir. Ancaq millətin sərvətlərinə ciddi təhlükə olacağı təqdirdə mübarizə üçün bütün imkanları, o cümlədən özlərini qurban verməyi də istifadə edərək məğlubedilməz olurlar.
Əqrəblərin idarəçiliyində olan ölkə və şəhərlərdə olmaq Xərçəng, Qız, Oğlaq, Əqrəb və Balıqlar üçün əlverişlidir. Doğrudur, sonuncuların bu ərazilərdə əsaslandırılmamış əsəb tutmaları ola bilər. Tərəzilərin bu şəhər və ölkələrdə dükan və suvenir mağazalarında gəzməsi yaxşı olar. Əqrəb ərazilərində Oxatanlar özlərini tənha və atılmış hiss edir. Qocların Əqrəb ölkələrinə qazanc dalınca getməsi yaxşıdır. Əqrəb ərazləri Dolça, Şir və Buğalara qətiyyən uyğun gəlmir.
Bu toplu proqnoz müxtəlif məktəblərin ulduz falları, siyasi-iqtisadi situasiyanın təhlili və 2016-cü ilin gözlənilən hadisələri əsasında hazırlanıb.
Əvvəlki: http://www.contact.az/docs/
http://www.contact.az/docs/
Turan Analitik Xidməti
.
Maybe you are interested in:
Moody’s: 2016-cı ildə Azərbaycanda ÜDM-in səviyyəsi 0,7% azalacaq