Davos sınağı
Azərbaycan prezidenti İlham Əliyevin 20-23 yanvar tarixlərində Davosda Dünya İqtisadi Forumunda iştirakı - onun görüşləri və ictimai bəyanatları Azərbaycan iqtisadiyyatının gələcəyi ilə bağlı narahatlıqlarını nəinki davam etdiyini, hətta daha böyük həyəcan yaratdığı barədə nəticəyə gəlməyə səbəb olur.
Davos göstərdi ki, həm daxili, həm də xarici amil Əliyev administrasiyasına təzyiq göstərməyə davam edir və bütün Azərbaycan cəmiyyətində əksini tapır.
Prezidentin saytında yer alan rəsmi məlumatlardan görünür ki, Əliyev Davosda 18 görüş keçirib. Onlar arasında dövlət, hökumət, XİN başçıları (Ukrayna, İsveçrə, Türkiyə, İsrail, Gürcüstan, Pakistan, Norveç, Aİ), transmilli (BP, TOTAL, Microsoft Corporation, LUKOIL, Procter and Gamble Europe) və beynəlxalq (AYİB) təşkilatların rəhbərləri ilə görüşlər var.
O, ABŞ vitse-prezidenti Co Bayden, AFR prezidenti Yoahim Gauk, Böyük Britaniya baş nazirinin müavini Devid Kemeron, Fransa baş nazirinin müavini Manuel Vals, Kanada baş naziri Castin Tryudo, Norveç baş nazirinin müavini, Avropa Komissarları Federika Moqerini, Günter Ettinger və Frans Timmersan və başqaları ilə görüşmək şərəfinə nail olmayıb.
Əliyevin Azərbaycanda demokratiyanın boğulması və əsaslı islahatlar həyata keçirilməsindən imtina işində misli görünməmiş inadı və demokratik düşərgədən aparıcı dünya liderlərinin tövsiyələrinə və ya, belə deyək, maraqlarına məhəl qoymaması ilə əlaqədar sonuncularla münasibətlər əməlli-başlı korlanıb. Uzun illər boyunca xüsusən enerji təhlükəsizliyi sahəsində Qərbin strateji tərəfdaşı hesab olunan Əliyevlə görüşdən qaçmağı Azərbaycan prezidentinin avtoritar siyasəti davam edəcəyi təqdirdə gələcək əməkdaşlıqdan imtina kimi qiymətləndirmək olar. Praktiki olaraq bu, mövcud kurs davam edərsə, yaxın gələcəkdə Azərbaycana təzyiqin yüksək olaraq qalacağı demək ola bilər ki, bu da administrasiya və bütünlükdə ölkə üçün, ən əsası isə, onun daxili sabitliyi üçün yaxşı heç nə vəd etmir.
Sammitdə ilk dəfə olaraq Əliyev rejimin neft qiymətlərinin ucuzlaşması və manatın devalvasiyası nəticəsində daxili sabitliyin pozulmasına
Biz Azərbaycanda özümüzü neftsonrası dövrə - 20 il sonraya hazırlayırdıq. Buna görə bu, bizim üçün gözlənilməz oldu. Prezident İlham Əliyev |
Onun sözlərindən belə bir nəticə çıxır ki, ölkənin inkişaf strategiyası bütünlüklə özünü doğrultmayan neft hasilatı, onun qiyməti ilə bağlı hesablara və bütünlükdə neft amilinə əsaslanırdı. Yəni o, dolayısıyla etiraf edib ki, iqtisadiyyatın güclü tənəzzülü onun sabitliyini və tarazlılığını təmin edə bilməyən qeyri-neft sektorunun zəifliyi ilə bağlı olub.
Əliyevin çıxış nikbin və bədbin gözləntilər üçün əsas verir. Nikbin ümidlər ondan ibarətdir ki, neftin qiymətinin bundan sonrakı ucuzlaşması gözlənilməzlik kimi qəbul olunmayacaq və prezidentin əhatəsi, özünün dediyinə görə, böhranın daha da dərinləşməsinin qarşısını almaq üçün yollar axtarır. Onun 2017-cil ildə qiymətlərin iki dəfə artacağına olan əsassız ümidi isə bədbinlik doğurur. Yəni komanda öz strategiyasını cəmiyyət və hakimiyyət arasında dövlətdaxili münasibətlərin dəyişdirilməsi yolu ilə dinamik inkişafı deyil, müəyyən sabitliyi təmin edəcək islahatların keçirilməsinə uyğunlaşdıra bilər.
Onun DİF-də dərc edilmiş "Azərbaycan iqtisadiyyatının gələcəyi" adlı məqaləsi də bunu təsdiq edir. Məqalə gələcəklə bağlı heç bir mesaj vermir, yalnız oxucunu şərəfli neft keçmişinə qaytarır ki, bu da Əliyevin əlindən gəldiyi qədər radikal iqtisadi və siyasi islahatlardan qaçacağına, dünya neft bazarlarında sabitlik bərqərar olana qədər vaxt qazanmağa çalışacağına dəlalət edir.
Bu taktika ölkə üçün yaxşı heç nə vəd etmir, belə ki, rejimin qeyri-sabitliyinin artması perspektivi ilə xarici təcridin davam etməsinə səbəb olacaq. Bu isə öz növbəsində xoşagəlməz inkişaf ssenarisi ilə Azərbaycanın xarici və daxili problemlərinin dərinləşməsinə gətirə bilər.
Turan Analitika Xidməti
.
Maybe you are interested in:
Azərbaycan və Pakistan prezidentlərinin görüşü