Federal lәzgi
milli-mәdәni muxtariyyәti

İran radiosu Azərbaycan həbsxanalarında dindarlara qarşı işgəncələr haqqında

 

Prezident İlham Əliyevin fevralın sonlarında İrana planlaşdırılan səfəri ərəfəsində, fevralın 11-də İran radiosu efirə Azərbaycan həbsxanalarında dindarlara qarşı işgəncələr haqqında tənqidi reportaj çıxarıb.

Həbsxana nəzarətçiləri həbsdə olan dindarlara işgəncə etməyə davam edir, deyə İrib radiosu bildirib. Belə ki, Müsəlman Birliyi hərəkatının lideri Taleh Bağırzadənin qohumları və vəkili onun işgəncələrə məruz qalması ilə bağlı etirazlarını bildiriblər.

"İslam-Azəri” internet portalı Taleh Bağırzadənin qardaşı Elşənə istinad edir. O, Talehin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində hər gün işgəncələrə məruz qaldığını iddia edir.

Vəkil Cavad Cavadov isə bildirib ki, müvəkkilindən etiraf almaq üçün ona işgəncə edirlər.

Azərbaycan DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Bağırzadəyə qarşı işgəncələr haqqında bəyanatları təkzib edərək, dindirmənin qanun çərçivəsində keçirildiyini bildirib.

Zahidovun bəyanatları Taleh Bağırzadənin işi üzrə məhkəmə iclasının onun bədənində işgəncə izləri ilə əlaqədar təxirə salınması fonunda səslənib.

Dindar məhbusların namaz qılması və oruc tutması qadağan edilir, həbsxana nəzarətçiləri buna görə onları cəzalandırır. Bakıda hakimiyyət düşünür ki, dindar məhbuslara işgəncə edərək onların əqidəsini dəyişdirə bilər. Amma onlar bunu edə bilməyəcəklər.

Buna qədər 11 və 12 saylı cəzaçəkmə müəssisələrinin, habelə Qobustan həbsxanasının nəzarətçiləri Mövsüm Səmədovu prezident Əliyevdən əvf istəməyə məcbur etmək üçün ona işgəncə ediblər, amma bunu edə bilməyiblər.

Məhbusların özləri ilə yanaşı, onların ailə üzvlərinə və qohumlarına da təzyiq göstərilir.

Lakin Azərbaycanın həbsxana sistemi məmurlarının səyləri nəticə vermir.

Azərbaycanın inanclı müsəlmanları azadlıq tələb edir, amma Əliyev rejimi güc tətbiq edərək buna mane olur.

Azərbaycan hakimiyyəti Ermənistanın işğal etdiyi əraziləri azad etməyə də bu qədər ciddi-cəhdlə çalışsaydı, bir milyon qaçqını evlərinə qaytara bilərdi, deyə İran radiosunun reportajında bildirilirdi.

Bu gün 150-dən çox islam xadimi, o cümlədən 18 ruhani Azərbaycanın cəzaçəkmə müəssisələrində uydurma ittihamlarla həbs cəzası çəkir, deyə İrib bildirir. 

.

www.contact.az

.

Maybe you are interested in:

Oruclu: Ermənistan, İran və Rusiya Azərbaycanın xarici kəşfiyyatının əsas prioritetləridir

BMT işgəncə faktlarına görə Azərbaycanı tənqid edib və onları araşdırmağa çağırıb

Əli Həsənov ABŞ-la tərəfdaşlıq şərtlərini açıqlayıb

“Azadlıq radiosu”nun rəhbəri Azərbaycan bürosuna qarşı əməlləri pisləyib

Dindardan Sumqayıt polisinə qarşı yeni şikayət

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz