ABŞ, Türkiyə və Rusiya Qafqaz layihəsi hazırlayır
Türkiyə gələn il Ermənistan və İranla sərhədlərinin bəzi hissələrini minalardan təmizləmək üçün işlər həyata keçirəcək. APA-nın xəbərinə görə, bu barədə "Türkiye” qəzeti məlumat yayıb.
Qəzet yazıb ki, hökumət Ermənistanla sərhədi açmağa hazırlaşır və mina təmizliyi də bu hazırlıqla əlaqədardır. Layihəyə Avropa Birliyindən maddi dəstək almağı planlaşdıran Ankara 11,6 milyon kvadratmetr minalanmış sahənin 4 milyonunu minalardan təmizləməyi planlaşdırır. Bunun üçün 52,4 milyon avro tələb olunur. Bu məbləğin 75%-ni AB, 25%-ni isə Türkiyə Müdafiə Nazirliyi verəcək. Layihə çərçivəsində sərhəd zastavalarını yeni texnika ilə təchiz etmək də nəzərdə tutulub.
«Sabah» qəzeti isə xarici işlər naziri Əhməd Davudoğlunun Türkiyə-Ermənistan münasibətlərinə yönəlik "Bəzı yaradıcı fikirlər, yeni düşüncələrlə bunu inkişaf etdirməyə, məsafə qət etməyə çalışırıq” açıqlamasını doğuran şərtləri müəyyənləşdirib. Qəzet sözügedən "Yol xəritəsi”nə dair diplomatik mənbələrdən əldə etdiyi müəyyən detalları ictimailəşdirib.
Qeyd olunur ki, rəsmi Ankara Ə.Davudoğlunun ABŞ təmasları və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə görüşündə də müzakirə olunan Qafqazda sülhün təminatı üçün yeni "Yol xəritəsi” hazırlayıb.
Məlumata əsasən, Ermənistan hökuməti Azərbaycanla arasında xroniki problemə çevrilmiş Dağlıq Qarabağ bölgəsinə aid işğal altındakı rayonların ikisindən çəkilməyə şifahi razılıq verib.
Türkiyə isə bununla bağlı Ermənistandan rəsmi açıqlama verməsini istəyib. Ermənistanın "Rayonlardan çəkiləcəyik” açıqlamasının veriləcəyi təqdirdə, Ə.Davudoğlu dekabrın 12-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) toplantısında iştirak etmək üçün İrəvana gedəcək.
Diplomatik mənbələrdən bununla bağlı Azərbaycanın zəngin enerji qaynaqları sayəsində böyük inkişaf içində olduğu, bunun əvəzində Ermənistanın itirdiyi bildirilərək, "Bu kor düyünü bir yerdən açmaq, bunun üçün də oyunu dəyişdirə biləcək birini tapmaq lazımdır. Bir addım atılar, yeddi rayonun ikisindən çəkilər. Bunun qarşılığında da Azərbaycan və Türkiyə ilə əlaqələri açılar” məzmunlu şərh verilib.
.
We advise you to sign up, to be full of users of our website.
Maybe you are interested in:
Formula 1 yarışları 10 il Azərbaycanda keçiriləcək
Şərh əlavə edin