Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Ərdoğanın oğlu Azərbaycandadır?

ilal Ərdoganın Qəbələdəki “Qafqaz” Hoteldə qaldığına dair iddialar var

Türkiyənin bir sıra internet saytlarında ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın bir müddətdir Qəbələdəki "Qafqaz” Hoteldə qalması haqqında xəbərlər yayılıb. Azərbaycanda olan qaynaqlara istinadən yayılan xəbərlərdə bildirilir ki, baş nazir Ərdoğan 17 dekabr Böyük Rüşvət əməliyyatından sonrakı dalğada oğlunun həbsi təhlükəsi yarandığı üçün onu ölkədən çıxarmaq qərarına gəlib. Bilal Ərdoğan üçün ən etibarlı məkan kimi isə Azərbaycan seçilib.
Yada salaq ki, Türkiyənin hakim partiyasına korrupsiya və rüşvət əməliyyatı ilə vurulan zərbə baş nazir Rəcəb Tayyib Ərdoğanın ailəsinə qədər gedib çıxmış, ilk günlər istintaqı aparan Müammer Akkaş Bilal Ərdoğanın istintaqa çağırılması haqqında order imzalamışdı. Orderdə istintaqa Bilal Ərdoğanın şübhəli qismində çağırılma səbəbi kimi gəlir məqsədi ilə qanunsuz dəstə yaratmaq, qurulan dəstəyə üzv olmaq göstərilirdi. Ancaq bu olaydan bir neçə gün sonra Muammer Akkaş istintaq prosesindən kənarlaşdırıldı. Akkaş mediaya açıqlamasında bu məsələnin baş nazirin xüsusi təlimatı ilə həyata keçirildiyini bildirdi. Akkaş iddia edirdi ki, 100 milyard dollarlıq daha bir korrupsiya faktının izinə düşüb və AKP bu məsələdə 7 dekabr Böyük Rüşvət əməliyyatından daha böyük ziyan çəkəcək. Prokuror Akkaş işdə şübhəli şəxs qismində keçən şəxslərin də adını mediaya təqdim etmişdi. Onların arasında Bilal Ərdoğanın Səudiyyə Ərəbistanında olan iki ortağı da vardı. Yerli qaynaqlar siyahı açıqlanandan sonra hər iki iş adamının özəl uçaqla tələsik Türkiyəni tərk etdiyini yazırdı.
Türkiyənin "Hürriyyet” qəzetinin yaydığı xəbərdə isə bildirilirdi ki, 17 dekabrda həbs edilən İstanbulun Fateh Bələdiyyə başqanı bir neçə hektarlıq torpaq sahəsində dövlət vəsaiti hesabına tikilən binanı baş nazir Ərdoğanın ailə üzvlərinə məxsus TÜRGEV vəqfinə 25 illiyinə bağışladığı üçün istintaqa cəlb edilib. TÜRGEV-in İdarə Heyətinin üzvü olan Bilal Ərdoğanla bərabər Ərdoğan ailəsinin daha 11 üzvü vəqfin təsisçiləri sırasındadır. Əməliyyatın ilk günlərində noyabr ayında bəlli olmayan qaynağın TÜRGEV-ə 3 milyon lirə vəsait köçürməsi haqqında da xəbər yayılmışdı.
Bunun ardınca yerli media baş nazirin kiçik oğlu olan gənc Bilal Ərdoğanın qısa zamanda Türkiyənin ən zəngin şəxsləri sırasına yüksəlməsinin tarixçəsi haqqında ard-arda məqalələr dərc etdi; iş həyatına qida sənayesi ilə başlayan Bilal Ərdoğanın bir neçə il içərisində tekstik, kosmetika, tikinti, gəmiçilik sektoruna daxil olduğu, iri uluslararası layihələr həyata keçirdiyi xəbərləri gündəmə gətirildi.
Müxalifətin və sosial media vasitəsi ilə vətəndaşların son dərəcə sərt tonda təpkilərinə baş nazir Ərdoğan özünə xas olmayan həyəcanlı bir tərzdə cavab verdi. Baş nazir 30 mart bələdiyyə seçkilərində namizədlərinin müəyyən edilməsi məqsədilə AKP-nin regionlarda düzənlədiyi mitinqlərdəki çıxışında TÜRKEV-in xeyriyyəçiliklə məşğul olmasını vurğuladı: "Mən çox fəxr edirəm ki, ailə üzvlərim belə xeyirxah işlərlə məşğuldur. Fateh bələdiyyəsinin TÜRGEV-ə 25 illik istifadə üçün verdiyi bina aspirantlar üçün yataqxanadır. Bu, Bilal Ərdoğanın oteli deyil ki... TÜRGEV-dən başlayaraq mənə gəlib çatmaq istəyirlər”.
Türkiyədəki bir sıra qaynaqlar onu da iddia edir ki, Bilal Ərdoğan atasının hakimiyyəti üçün gərgin günlərdə ölkədən çıxaraq Qəbələdə öz təşəbbüsü ilə yerləşib. Azərbaycan hakimiyyət orqanlarının bu məsələdə AKP ilə eyni səfdə dayandığı da bəllidir. Ən azından ona görə ki, 17 dekabr Böyük Rüşvət əməliyyatına görə həbs edilənlərdən biri Sədərək Gömrük Keçid Məntəqəsinin rəhbəri Mirməhəmməd Seyidovdur.

.

musavat.com

.

Maybe you are interested in:

Elnur Aslanov çıxarıldı, növbədə olanlar var

Türkiyədə davam edən siyasi savaşda “Azərbaycan izi”

Ərdoğan məhkəməyə verildi

Ərdoğan neftin əvəzinə kürdlərə muxtariyyat verir

ABŞ, Türkiyə və Rusiya Qafqaz layihəsi hazırlayır

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz