Ərdoğan neftin əvəzinə kürdlərə muxtariyyat verir
Türkiyənin baş naziri Rəcəb Taiib Ərdoğan bir müddət əvvəl Diyarbəkirdə İrqın kürdüstan Muxtar Vilayyəti başçısı Məsut Bərzani ilə birlikdə müəyyən açılışlar etməsi və Bərzaniyə kürd dilində "Kürdüstana xoş gəldin" deməsi Bəraznilərin niyyətlərini bir qədər də artırıb. Ötən gün Ankaraya gələn İraqın Kürdüstan muxtar bölgəsi baş naziri,Məsut Bəraninin qardaşı oğlu Nəcivan Bərzani Rəcəb Taiib Ərdoğanla 3 saat baş-başa görüş keçirib.
Keçirilən görüşlərin ardından mətbuat nümayəndələrinin suallarını cavablandırmayan ancaq "Türkiyəyə xam neftin axması yönündə imzalar atıldımı?"-sualına "İmzaların atılması yeni ildən öncə mümkündür"-deməklə kifayyətlənib.
Qardaş ölkənin bir çox siyasi şərhçiləri hesab edirlər ki, Məsut Bərzani ərdoğan qarşısında "qara qızıl" qarşılığında müəyyən imtiyazlar almaq istəyir.
İddialara görə, Məsut Bərzani İrqın kürdüstan bölgəsində çıxarılan xam neftin Türkiyəyə göndərilməsi və Türkiyə üzərindən dünya bazarlarına çıxarılması üçün Rəcəb Taiib ərdoğan qarşısında qoyduğu şərtlərdən biri, Türkiyənin yeni konustitusiyasında Türkiyə ərazisində Kürdlərin kompak yaşadığı əraziyə muxtariyyatın verilməsi msələsinin yer almasıdır. İkincisi isə bu muxtariyyatın müəyyən məsələlərdə xarici siyasəti tək başına həll etmə imkanı əldə etməsi, üçüncüsü isə 40 minə yaxın türkün qanını tökən Abdulla Öcalannın (Apo) azadlığa buraxılmasıdır.
Məlumata görə. N.Bərzanbi-Ərdoğan görüşünün 3 saat sürməsinə də səbəb olan amil məhz bu üç məsələdir.
AKP iqtidarı ölkədə seşki öncəsi belə bir təkliflərə "yaşıl" işıq yandırmağın seçkidə açı məğlubiyyətlə bəribaşdan barışmaq demək olduğunu gözəl anladıqlarından.məsləni müəyyən bir müddətə,yəni seçkidən sonraya saxlamağı düşünür.
.
We advise you to sign up, to be full of users of our website.
Maybe you are interested in:
Ərdoğan Rusiyanı kəskin tənqid edib
Ərdoğanın oğlu Azərbaycandadır?
Qusarın deputatı: “Terror törətmək istəyirlər”
ABŞ, Türkiyə və Rusiya Qafqaz layihəsi hazırlayır
Şərh əlavə edin