Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycanda neçə seçici var?

 

Demokratik Təşəbbüslər İnstitutu "Seçici Qeydiyyatının Auditi” adlı araşdırma aparıb. Araşdırmanın mövzusu Azərbaycanda seçicilərin qeydiyyatının  kəmiyyət və keyfiyyət göstəricilərinin vəzyyəti, iki dövlət qrumu olan MSK və Dövlət Statistika rəqəmləri arasında ciddi rəqəm fərqinin analizi barədədir.

İnstitutun Turan-a daxil olan press-relizində deyilir ki, araşdırmanın keçirilməsi onunla əsaslanıb ki, Mərkəzi Seçki Komissiyası ölkədə seçicilərinin sayını 5 milyon göstərib.

Dovlət Statistika Komitəsinin öz saytında göstərdiyi məlumata əsasən, 2014-cu il yanvarın 1-nə qədər olkənin yaşı 18-dən yuxarı olan əhalisinin sayı təxminən 6,8 milyondan çoxdur.

Nəticədə, məlum olur ki, yekun secici siyahısında secicilərin sayı Dovlət Statistika Komitəsinin məlumatında secki huququna malik şəxslərin sayından 1,8 milyon azdır.

Press-relizdə deyilir ki, SQA-metodu bütün dünyada seçkiləri müstəqil surətdə müşahidə və monitorinq edən təşkilatlar tərəfindən  tətbiq olunur və beynəlxalq aləmdə obyektiv metod kimi tanınır.

SQA ölkədə mövcud olan 125 seçki dairəsindən 15-nin ərazisində təsadüfi yolla seçilmiş respondentlər arasında keçirilib. Monitorinqçilər 1255 ünvana baş çəkiblər. Bu ünvanlardan 1137-də sorğu keçirilməyə nail olunub. Respondentlərin 54,8%-i kişi, 45,2%-i qadın; 10,1%-i 18-25, 19,5%-i 26-35, 17,5%-i 36-45, 26,0%-i 46-55, 26,8%-i isə 55+ yaş qruplarında olmuşdur. Onların 62,0%-i Şəhər, 7,0%-i Qəsəbə, 31,0%-i isə kənd sakinləri olub.

Belə ki, SQA-nın "Əhalidən-Siyahıya” (People-to-List) və "Siyahıdan-Əhaliyə” (List-to-People) olmaqla iki növündən istifadə edilib.

"Rəqəmlərdən göründüyü kimi, seçicilərin 1/3 hissəsindən çoxu (34,3%+2,5%=36,8%) onların adının dəqiqləşdirilməsi funkisyasının (hüququnun) kimə məxsus olması barədə məlumata malik deyil. Qalanları dəqiq ifadə edilmiş yekdil rəyə malik deyil. Qanuna görə isə bu hüquq seçki komissiyasının birbaşa vəzifəsidir”, deyə press-relizdə bildirilir.

Bununla bağlı Demokratik Təşəbbüslər İnstitutu dəyirmi masa keçirmək niyyətindədir. 

.

contact.az

.

Maybe you are interested in:

AŞPA Azərbaycanda demokratiyanın boğulmasını pisləyib, siyasi məhbusların azadlığa buraxılmasını tələb edib

ÖZÜMÜZ HAQQINDA HƏR ŞEY

UNDP: Dünyada rekord sayda – 38 milyon məcburi köçkün var

Azərbaycan iqtisadiyyatı azaddırmı?

Azərbaycanda 50 min ailə neft milyonçusudur

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz