Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Coel Saymon: “Azərbaycan Avropada jurnalistlər üçün böyük həbsxanaya çevrilib”

 

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) Azərbaycan hakimiyyətini mətbuata qarşı repressiyalara son qoymağa, beynəlxalq birliyi isə Azərbaycanda KİV-in vəziyyətinin pisləşməsinə reaksiya verməyə çağırıb.

"Azərbaycan Avropada jurnalistlər üçün böyük həbsxanaya çevrilib”, - Komitənin icraçı direktoru Coel Saymon Turan-a müsahibəsində bildirib.

Azərbaycan hökuməti daim beynəlxalq legitimliyə can atır, eyni zamanda isə daxili özgəfikirliliyi boğmağa çalışır. Lakin beynəlxalq birlik buna yol verməməlidir və Bakı buna görə "cavab verməlidir”, - Coel qeyd edib.

Azərbaycanda tənqidi KİV-ə və ümumilikdə tənqidə

qarşı dözümsüzlük ənənəsi çoxdan mövcuddur. "Azadlıq” radiosunun Bakı bürösuna son reydə və büronun bağlanmasına gəlincə, hakimiyyətin məntiqini başa düşmək çətindir.

"Onlar sözdə tolerantlıqdan danışırlar, əməlda isə ölkə daxilində repressiyaya əl atırlar. Lakin bu riyakarlıq o qədər utanmazcasına baş verir ki, buna heç kim inanmır”, - o vurğulayıb.

Saymon Amerika administrasiyasını öz xarici siyasi prioritetlərinə qlobal ifadə azadlığını da daxil etməyə çağırıb.

Jurnalistlərin ünvanına hədələr hər tərəfdən gəlir – üsyançılar, hökumət və cinayətkarlar tərəfindən. Bu cür hallar təkcə hərbi əməliyyatlar zonasında,  Çin və ya Türkmənistan kimi qapalı cəmiyyətlərdə baş vermir. Ümumxalq tərəfindən seçilmiş hökumət KİV üzrə tərəfdaşlarına təzyiq göstərir. Jurnalistlərlə amansız rəftar getdikcə az ictimai rezonans doğurur. Buna klassik nümunə kimi Türkiyə və Rusiyada baş verənləri göstərmək olar, o qeyd edib.

.

contact.az

.

Maybe you are interested in:

JMK: Bakıda Avropa Oyunları üçün bütün jurnalistlər akkreditasiya almayacaq

“Azadlıq radiosu”nun rəhbəri Azərbaycan bürosuna qarşı əməlləri pisləyib

“Sərhədsiz reportyorlar”: Azərbaycan hakimiyyəti ölkədəki bütün müstəqil səsləri susdurmaq istəyir

“Sərhədsiz reportyorlar”: Azərbaycanda jurnalistlərin polis tərəfindən oğurlanması adi hala çevrilib

IGPA: Xədicə İsmayılovaya qarşı təqiblərə son qoyulsun

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz