Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Hökumətyanlı QHT-lər Azərbaycanda bütün dərdlərinin günahkarlarını tapdılar

 

QHT Forum çərşənbə günü BMM-də "Müasir dünya-ikili standartlar” mövzusunda dinləmələr keçiriblər.

Forumun rəhbəri Rauf Zeyni Azərbaycanın dünya bilriiynə inteqrasiyasından sonra götürdüyü öhdəlikləri yerinə yetirdiyini iddia edib. Amma dünya qaydalarını müəyyən edən "bəzi dövlətlər” mövcud qaydalara əməl etmirlər. "Azadlıq carçısı, demokratiya beşiyi”olan dövlətlər müstəqil dövlətlərin müstəqilliklərini əllərindən almaq istəyirlər.

Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Qərbi Qarabağ münaqişəsinə ikili stnadartlarla yanaşmaqda ittiham edib. Sonra daha da irəli gedərək  ABŞ-ın indiki Dövlət katibi Con Kerrini Qarabağ münaqişəsinin əhllinin tapmamaısnda ittiham edib. Ə.Amaşov buna sübut kimi ermənilərin azərbaycanlılar tərəfindən sıxışdırılması hadqa C..Kerrinin 90-cı illərdə sovet rəhbərliyinə məktubunu xatırladıb. Sonra Ə.Amaşov CNN, BBC, "əl-Cəzirə” kimi nəhəng KİV-ləri müsətiql olmamaqda, konkret dövlətlərin maraqlarına xidmət etmələri bəyanatı səsləndirib.

O, nitqini Afriakada, Asiyada, Cənubi Amerikadakı indiki münaqişələri Qərbin ikili standartlarının nəticəsi sayaraq Azərbaycanın vətəndaş cəmiyyəti institutlarını Qərbdəki rəyi Azərbaycanın xeyrinə dəyişdəriməsı üçün səylərini gücləndirmək çağırışı ilə bitirdi.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı dünyadakı müharibələri xristian-islam sivilizasiyalarının toqqşuşması kimi dəyərləndirdi.Azərbaycan islam sivilizasiyası düşərgəsində yer aldığı üçün Qərbin ilkili standartlarına tuş gəldiyini deyib.

Jurnalist Qafar Çaxmaqlı Qərbi erməniləri müdafiə etməkdə suçlayıb və QHT-ləri sosial şəbəkələrdə fəallığa çağırıb.        

Yazar Aydın Ədil Qərbin klassik, soyuq  müharibədən dini zəminli müharibələrə keçdiyini söyləyib.

O, "ərəb baharı” inqilablarını, İŞİD-in ortaya çıxmasını, "Charlie Hebdio”dakı karikaturaları Qərbin siyasətinin nəticəsi kimi dəyərləndirib. Öz  "kəşfləri”nə cəlb olan A.Ədil Azərbaycandakı ictimai etirazları da Qərbin siyasətinin nəticəsi adlandırıb.      

Dinləmlərin nəticəsi olaraq Tədbir iştirakçıları mütəmadi yığılaraq Qərbi ifşa etmək üçün belə dinləmələrin keçirilməsi təklifi verdilər.

.

contact.az

.

Maybe you are interested in:

Dövlət Departamenti Kerri –Əliyev görüşü barədə

Avropa Şurası “Azərbaycanda ifadə və media azadlığı” layihəsindən nə gözləyir?

Tusk Bakını və Yerevanı aqressiv ritorikadan imtina etməyə çağırıb

Dinləmələrə görə “ABŞ nə gündə imiş?!”

“Azadlıq radiosu”nun rəhbəri Azərbaycan bürosuna qarşı əməlləri pisləyib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz