Federal lәzgi
milli-mәdәni muxtariyyәti

ATƏT-in xüsusi nümayəndəsi Azərbaycanda traffikinqə qarşı mübarizədən razıdır

 

ATƏT-in xüsusi nümayəndəsi və traffikinqə qarşı mübarizə üzrə koordinator Madina Yarbussinova Azərbaycana 4 günlük səfərini başa vurub. Səfərin məqsədi ATƏT-in hələ 2012-ci ildə irəli sürdüyü tövsiyələrin tətbiqinin qiymətləndirilməsindən ibarət idi.

"Hakimiyyətin səylərindən, xüsusən bu sahədə qanunvericilik düzəlişlərindən razıyam”, deyən Yarbussinova qeyd edib ki, söhbət traffikinqə görə cəzanın sərtləşdirilməsindən, habelə qanuna traffikinq qurbanlarının repatriasiyası haqqında düzəlişlərdən gedir.

Azərbaycan işçi qüvvənin miqrasiyası və üçün getdikcə daha da cəzbedici olur. Əmək miqrantları kateqoriyasının hüquqları işəgötürənlər tərəfindən pozulur.

"Hakimiyyət bu istiqamətdə problemlərin həlli üçün bizim 2012-ci ildə verdiyimiz tövsiyələrdən istifadə edib”, deyə o qeyd edib.

Yarbussinova Bakıda və Gəncədə traffikinq qurbanlarının olduğu sığınaqlara baş çəkib, həmçinin bir sıra ölkə nazirlərinin müavinləri, ombudsman və vətəndaş cəmiyyəti ilə görüşlər keçirib, bu barədə ATƏT-in Azərbaycandakı ofisinin press-relizində deyilir.

.

contact.az

.

Maybe you are interested in:

Oruclu: Ermənistan, İran və Rusiya Azərbaycanın xarici kəşfiyyatının əsas prioritetləridir

ABŞ Azərbaycanda keçirilmiş parlament seçkilərinin nəticələrinə skeptik yanaşır

Mujnieks Azərbaycanda demokratik perspektivlər görmür

Baş prokuror Aİ-nin İnsan hüquqları üzrə xüsusi nümayəndəsini qəbul edib

Human Rights Watch: Qərb Azərbaycanda insan hüquqlarının pozulmasını seyr edir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz