Müxalifət mitinqinin iştirakçıları antimilli hakimiyyəti istefaya çağırıblar
Milli Şuranın bazar günü mitinqinin əsas mövzusu hakimiyyətin korrupsiyası və ölkənin sıravi vətəndaşlarının ağır iqtisadi durumu olub. Təşkilatçıların məlumatina əsasən mitinqdə 10 min adam iştirak edib.
"Hakimiyyətin cinayətkar siyasəti, özünüreklama cəhd və düşünülməmiş addımlar ona gətirib çıxarıb ki, 19 mlrd. manat dövlət büdcəsi varkən 8 mlrd. manatlıq büdcəsi olan olimpiada keçirmək qərarına gəlib. Bu, kimə və nəyə lazımdır?
Bu cür böyük vəsaiti ciddi sosial və iqtisadi problemlərin həllinə, cəmi 150 manat həcmində olan minimal pensiya və əmək haqlarının artırılmasına yönəltmək olardı”, - AXCP lideri Əli Kərimli bildirib.
Hakimiyyətin səriştəsizliyini milli valyutanın kəskin devalvasiyası da göstərdi. İlham Əliyevin açıq-aşkar vədlərinə baxmayaraq, manatın məzənnəsi dəyişməyəcək.
Belə siyasət ondan xəbər verir ki, sadə vətəndaşların maraqları və problemləri xalqı narahat etmir. Bundan əlavə, hakimiyyət öz uğursuz siyasətindən irəli gələn bütün sosial və xərcləri onların çiyinlərinə yükləmək istəyir.
Sonra o, erməni nümayəndə heyəti də daxil olmaqla, Avropa Oyunları iştirakçılarının bütün xərclərini ödəməyə hazır olmasına görə hökuməti tənqid edib.
"Bu cür sinizm qaçqınların və müharibə əlillərinin elementar problemlərinin həllindən hakimiyyətin boyun qaçırması fonunda baş verir. Bu, milli rüsvayçılıqdır”, - Ə.Kərimli vurğulayıb.
O həmçinin hakimiyyəti milli sərvətlərin dağıdılmasında, onlardan özünüreklam və mənasız tədbirlərə sərf olunmasında ittiham edib. Bütün bunları hansı mənbələrin hesabına etdiyini açıqlamağı lazım bilməyən hakim ailə edir. Bunun əvəzinə onlar bu cür məsələləri qaldıran şəxsləri – jurnalistləri, fəalları və ictimai fəalları təqib və həbs edirlər
"Bu qanunsuzluğa son qoymaq, hakim ailənin 20 illik zülmündən xilas olmaq üçün biz birləşməliyik və fəal olmalıyıq, etiraz aksiyaları keçirməliyik, hakimiyyətin öz xalqı ilə haqq-hesab çəkməsinə yol verməməliyik”, - Ə.Kərimli bildirib.
Ə.Kərimlinin bu sözləri aksiya iştirakçılarının alqışları ilə qarşılanıb. İştirakçılar onun çıxışını bir neçə dəfə kəsərək "Talana son!”, "Oğru hakimiyyət, istefa!” şüarlarını səsləndiriblər.
Milli Şuranın üzvü, AXCP sədrinin müavini Gözəl Bayramlı öz çıxışında qeyd edib ki, yaranmış vəziyyət hakimiyyətin ağılsız, oğru siyasətinin nəticəsidir. "Onlar əmindirlər ki, sonsuzadək yalan danışmalarına, öz vətəndaşlarını susdurmağa və tapdamağa mane olacaq güclü qüvvə yoxdur. Biz, sadəcə, göstərməliyik ki, xalq bununla razı deyil, bütün bunlar insanların xoşuna gəlmir və rəsmi təbliğatın əleyhinə olaraq xalq rəsmi siyasəti dəstəkləmir”, - o bildirib.
"20 ildir ki, qaçqınlar və müharibə veteranları kompensasiya ala bilmirlər. Hakimiyyət isə bizim torpaqlarımızı işğal edən, nümayəndələrimizi qətlə yetirən, şikəst edən, öz doğma yurdlarından didərgin salan ölkənin təmsilçilərinin xərclərini ödəməyə hazırdır. "Ayıb olsun, sənə! Sən necə öz xalqının gözünün içinə baxa bilirsən?”, - Milli Şuranın üzvü, müharibə veteranı Rövşən Əhmədov qeyd edib.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hakimiyyəti oğru rejimin yaradılmasında və ölkənin kriminal metodlarla idarə olunmasında ittiham edib. "Ölkədə korrpusiya, inhisar və rüşvət dövlət siyasəti həddinə çatdırılıb. Bütün dövlət qurumlarında məsələlər rüşvət və korrpusiya hesabına həll olunur. Belə olan vəziyyətdə onlar xalqın barəsində necə düşünə bilər? Yalnız biz özümüz xalqı hakimiyyətin yadına sala bilərik və biz buna nail olacağıq”, - o vurğulayıb.
Milli Şuranın sədri Cəmil Həsənli hakimiyyətin iqtisadi strategiyasının olmamasını tənqid edib. Siyasət spontan və düşünülməmiş xarakter daşıyır. "Xalqa cavab verməyin vaxtı çatıb: Niyə ölkəni kriminal, oğurluq, korrupsiya və saxtalarlıq mərkəzinə çevirmisiniz?
"Siz seçkiləri saxtalaşdırmısınız, xalqın mənəviyyatını və mədəniyyətini korlamısınız. Bütün bunların başında İlham Əliyev durur və bu səbəbdən də bu cür hallar normaya çevrilir, buna görə cavab verməlidirlər”, - C.Həsənli vurğulayıb. Onun çıxışı alqışlarla qarşılanıb. İştirakçılar "İstefa!” şüarını səsləndiriblər.
Banklarda kredit götürən bir neçə milyon vətəndaş bu gün girov vəziyyətinə düşüb. Banklar krediti 25-30% ilə verir və sonra manatın qəflətən 34% devalvasiyası baş verir. İnsanlar krediti manatla götürüblər, indi onlara deyirlər ki, dollarla ödəyin. Yəni, kredit avtomayik olaraq 34% artır. Bu cür vəziyyətdə iqtisadiyyat və biznes necə inkişaf edə bilər? Üstəlik, bu bankların 80%-i Əliyevlər ailəsinə məxsusdur.
Bu gün Azərbaycanda hökumət, dövlət, hakimiyyət və qanun bir adla bağlıdır – İlham Əliyevin adıyla. Və ölkədə baş verənlərə görə məhz o, məsuliyyət daşıyır.
C.Həsənli gəncləri seyrçi mövqe tutmamağa, siyasətdə fəal iştiraka çağırıb.
Aksiyanın yekunları ilə bağlı qətnamə qəbul edilib. Qətmanədə deyilir ki, hakimiyyət manatı ucuzlaşdıraraq vətəndaşları aldadıb, halbuki, bunun baş verməyəcəyinə zəmanət verirdilər. Odur ki, hakimiyyət bu itkiləri kompensasiya etməlidir: əmək haqları və pensiyalar artırılmalı, kreditlərin ödənişi üzrə faizlər aşağı salınmalı, korrupsiya və inhisara son qoyulmalıdır. Əhalinin aztəminatlı hissəsinə və sahibkarlara yardım göstərilməlidir.
.
We advise you to sign up, to be full of users of our website.
Maybe you are interested in:
Bakı meriyası Milli Şuraya mitinq keçirməyə icazə verib
Milli Şura 15 mart mitinqinə hazırlığa başlayıb
Milli Şura 15 marta mitinq təyin etdi
Medianın hakimiyyətdən asılılığı artır
Şərh əlavə edin