Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Medianın hakimiyyətdən asılılığı artır

 

Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı QHT-si dünən 2015-ci ildə jurnalistlərin sosial vəziyyəti haqqında sorğunun nəticələrini açıqlayıb.

Sorğu stabil fəaliyyəti və ictimai rəyə təsiri ilə səciyyələnən 50 KİV-i əhatə edib. Onlar arasında 25 gündəlik ümumrespublika qəzeti, 5 informasiya agentliyi, 5 onlayn portal, 10 həftəlik qəzet (7 regional və 3 ümumrespublika), 5 telekanal (3 regional və 2 ümumrespublika) var.

Sorğu KİV əməkdaşlarının aylıq gəlirləri, əmək münasibətlərinin rəsmi qeydiyyatı, tibbi sığortaya cəlb etmə məsələlərini və jurnalistləri ən çox narahat edən problemləri əhatə edib.

Hesabatda qeyd edilir ki, rəyi soruşulan KİV-lərin 97%-i əmək müqavilələri bağlayıb, amma ən yaxşı halda əmək müqavilələri jurnalistlərin orta hesabla 60%-ni əhatə edib. Əmək müqavilələri əksərən rəmzi xarakter daşıyır və real əmək haqqını və digər məsələləri əks etdirmir. Tibbi sığorta minimum səviyyədədir və yalnız 2 redaksiyada formal olaraq sığorta bağlanıb.

Jurnalistlərin əmək haqqının 15% artdığı qeyd edilir. Respondentlərin 93%-nin əmək haqqı ayda 500-600 manat təşkil edir, 5%-i 700-800 manat və daha çox, 2%-i 350-400 manat alır. Ümumrespublika qəzetlərində əmək haqlarının artırılması rəmzi olub. Burada jurnalistlərin əmək haqqı 250-350 manat arasındadır. Regionlarda qəzet müxbirləri 150-200 manat, televiziya müxbirləri 250-400 manat alırlar.

Vəziyyət acınacaqlıdır. Turan-ın məlumatına görə, jurnalistlərin 40%-dən çoxunun redaksiya ilə əmək müqaviləsi var. Çox vaxt rəsmi olaraq redaktor, müavini və mühasibin işi rəsmi olaraq sənədləşdirilib. Yəni əksər KİV-lərdə redaksiyalarda fəaliyyət və münasibətlər qanun çərçivəsindən kənar, eyni zamanda qanunvericiliyin kobud şəkildə pozulması ilə qurulur. Qalan 60%-in əmək haqları lazımi sənədləşdirmə olmadan, vergilər ödənilmədən verilir. AJHİ tərəfindən göstərilən əmək haqlarının isə yarısı rəsmi hissədən ibarətdir, qalan hissə isə "zərflərdə” verilir.

Bu gün çap və onlayn KİV-lərin gəlirləri aşağıdakılardan formalaşdırılır:

1. Pərakəndə qəzet satışı

2. Reklamlar

3. Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondu

4. Qeyri-qanuni maliyyələşmə

1. Pərakəndə satış, demək olar ki, gəlir vermir. Gündəlik qəzetlər pərakəndə satış şəbəkəsi vasitəsilə gündə 20 nüsxədən 300 nüsxəyə qədər qəzet satır. "Azadlıq” və "Yeni Müsavat” qəzetləri istisnadır. Onlar, həmçinin büdcə qurumlarının və hakimiyyətin nəzarəti altında olan qurumların işçilərinin məcburi olaraq abunə yazıldığı rəsmi, habelə açıq-aşkar hakimiyyətyönlü qəzetlər gündə minlərlə qəzet satır. Onların tirajları bir neçə mindən 18 min nüsxəyə qədər dəyişir. Qəzetlər 0,40 manatdan satılır ki, bunun maksimum 0,20 manatı redaksiyalara qalır.

2. Reklam bazarı da KİV kimi inhisarlaşdırılıb və idarə olunur. Müstəqil və müxalif KİV-də reklam qeyri-rəsmi olaraq qadağan edilib. Reklamdan çox vaxt həm oliqarx (qeyri-formal təsisçi) tərəfindən KİV-ə leqal dəstək, həm də bütün loyal mediaya dəstək kimi istifadə olunur. Bütün bunlara baxmayaraq, Mətbuat Şurasının da etiraf etdiyi kimi, onlayn və çap mediasında reklam ildə 6-9 mln. arasında dəyişir. Ümumilikdə illik media reklam bazarı təxminən 80 mln. manat təşkil edir, onların təxminən 65 mln. manatı teleradio şirkətinin payına düşür. Əhalinin parametrlərinə və ÜDM-yə görə Azərbaycan Avropa ölkələrinin reklam bazarı həcminin standartlarından 10 dəfə geri qalır.

3. Təxminən 3 mln. manat büdcəsi olan Azərbaycan prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondu çap KİV-lərinin əsas donoru olaraq qalmaqdadır. Fond faktiki olaraq KİV üçün açıq donor kimi çıxış edir ki, bu da onları dövlətdən həddindən artıq asılı vəziyyətə düşürür. Fond haqqında Əsasnaməyə əsasən, onun vəzifələrinə KİV-in inkişafı və onun müstəqilliyinin təmin edilməsi üçün iqtisadi şərait yaratmaq daxildir. Amma 2009-cu ildən etibarən fond ictimaiyyətə belə bir konsepsiya təqdim etməyib ki, KİV-in müstəqilliyinin məhv edilməsi üzrə dövlət siyasəti çərçivəsində bunu edə bilməz. Prezident 2009-cu ildə yaradıldığı zaman və 2013-cü ildə idarə heyətinin yenidən seçilməsi zamanı iki dəfə fondun idarə heyətini təsdiq edib. Fond vasitəsilə prezident tərəfindən dəstəklənən jurnalistlərin mənzillərlə təmin edilməsi layihəsi həyata keçirilir. Bu çoxmənzilli ev 2013-cü ildə prezident seçkiləri ərəfəsində istismara verilmişdi və növbəti belə ev bu ilin parlament seçkiləri ərəfəsində jurnalistlərə təhvil veriləcək.

4. KİV-in qeyri-qanuni maliyyələşdirilməsi aysberqin görünməyən tərəfidir. Amma məhz o, medianın iqtisadi bazisidir. Oliqarxların şəxsində dövlət tərəfindən medianın qeyri-leqal maliyyələşdirilməsi 20 mln. manat hüdudunda dəyişə bilər. Buna sıravi KİV əməkdaşlarının rəsmi və qeyri-rəsmi əmək haqları arasındakı fərq və KİV rəhbərlərinə verilən çoxminlik paylar dəlalət edir. Bu maliyyələşmə əsasən "böyük neft” dövründə - 2000-ci illərin birinci yarısında tətbiq edilməyə başlayıb.

JHİ-nin sorğusunu xülasə etsək, belə bir nəticəyə gəlmək olar ki, KİV-in dövlətdən asılılığı arıb, belə ki, əmək haqqının artırılmasını iqtisadi şəraitin yaxşılaşdırılması deyil, qeyri-leqal pul axınları ilə şərtlənib. 2014-cü ildə küçələrdə və metroda qəzet satışı qadağan edildiyi, qəzet köşklərinin sayı isə beynəlxalq standartlardan ciddi şəkildə geri qalmaqda davam etdiyi bir halda əmək haqları necə arta bilər? Mətbuat Şurasının məlumatına görə, 2014-cü ildə media reklam bazarında da azalma təmayülü olub. İndi, Azərbaycan dünyadakı təmayüllərlə əlaqədar olaraq böhran zolağına daxil olduğu bir vaxtda mətbuatın hakimiyyətdən asılılığının daha da artacağını proqnozlaşdırmaq olar, çünki o, Azərbaycan jurnalistlərinin yoxsulluqdan uzaq yaşamamasının yeganə mənbəyidir. 

Turan Analitika Xidməti

.

contact.az

.

Maybe you are interested in:

Cəlilabadda etiraz aksiyası

FƏXRİ ADA LAYİQ GÖRÜLDÜ

USAID: Azərbaycan vətəndaş cəmiyyətinin inkişafının sabitliyi pisləşib

İntiqam Əliyevin işi üzrə məhkəmədə onun lehinə ifadələr verilib

Yanvarda 552 nəfərə işsiz statusu verilib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz