Siyavuş Novruzov: Leyla Əliyevanın deputatlığa namizədliyinin irəli sürülməsi üçün çoxsaylı müraciətlər var
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 2015-ci ilin noyabrında keçiriləcək parlament seçkilərində deputatlğa namizədliyini irəli sürərsə, Yeni Azərbaycan Partiyası onun namizədliyini dəstəkləyəcək. Bu barədə Turan-a YAP icra katibinin müavini Siyavuş Novruzov bildirib.
Onun sözlərinə görə, Leyla Əliyevanın deputatlığa namizədliyini irəli sürməsi YAP-ın arzusu və istəyidir.
"Partiya üzvlərinin çoxsaylı müraciətləri var ki, partiya tərəfindən Leyla Əliyevanın namizədliyi irəli sürülsün. Amma, Seçki Məcəlləsinə uyğun olaraq, hər bir namizədin razılığı olmalıdır.
L.Əliyevanın Azərbaycan üçün gördüyü işlər, apardığı "Xocalıya yardım” kampaniyası, o cümlədən xaricdə təhsil alan gənclərə daimi dəstəyi, həmçinin kimsəsizlərə, xəstə uşaqlara təmənnasız kömək etməsi və Azərbaycan mədəniyyətini, incəsəntini dünyada təbliğ etməsi, beynəlxalq təşkilatlarda Azərbaycanın haqq işi uğrunda mübarizə aparması və digər məsələlər Azərbaycan seçiciləri tərəfindən onun Milli Məclisə deputat seçilməsinə tam yekdilliklə səs verməsi üçün təminat verir. Lakin, dediyim kimi burada namizədin özünün razılığı və partiya üzvlərinin fikrinin partiya rəhbərinə çatdırılıb qərar qəbul olunmasına ehtiyac var”, deyə o qeyd edib.
.
Maybe you are interested in:
S.Novruzov: YAP wants to nominate Leyla Aliyeva for deputy
AİHM deputatlığa keçmiş namizədin şikayətini təmin edib