Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Leyla Əliyeva deputatlığa namizədliyini irəli sürmək niyyətində deyil

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın deputatlığa namizədliyini irəli sürəcəyi barədə məlumatlar həqiqətəuyun deyil. Bu barədə Heydər Əliyev Fondunun ictimaiyyətlə əlaqələr departamentinin məlumatında deyilir.

"Leyla Əliyeva ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, eyni zamanda incəsənət, sosial, ekoloji sahələrdə müxtəlif layihələrin müəllifi və təşəbbüskarı kimi tanınır. Lakin hazırda Leyla Əliyevanın millət vəkilliyinə namizədliyini irəli sürməsi məsələsi həqiqətəuyğun deyil və bununla bağlı yayılan məlumatlar əsassızdır”, - bəyanatda deyilir.

Qeyd edək ki, L.Əliyevanın deputatlığa namizədliyinin irəli sürülməsi ideyası hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi Siyavuş Novruzovdan gəlib. Onun sözlərinə görə, YAP-a belə təkliflər siravi partiyaçılardan daxil olur. 

.

contact.az

.

Maybe you are interested in:

Ermənistan tərəfi ABŞ Konqresində Qarabağ münaqişəsinin qapalı müzakirələrindən narazıdır

Olimpin fəthi

Siyavuş Novruzov: Leyla Əliyevanın deputatlığa namizədliyinin irəli sürülməsi üçün çoxsaylı müraciətlər var

AİHM deputatlığa keçmiş namizədin şikayətini təmin edib

“Qarabağda savaşa başlamaq üçün münasib vaxtdır, amma...”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz