AİHM deputatlığa keçmiş namizədin şikayətini təmin edib
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Yaqub Babalının 2010-cu il parlament seçkiləri zamanı hüquqlarının pozulduğunu tanıyıb.
Həmçinin məhkəmə ona 7500 avro həcmində kompensasiyanın verilməsi barədə qərar çıxarıb.
Y.Babalı Turan-a bildirib ki, 87 saylı Ağsu-İsmayıllı dairəsindən namizədliyini irəli sürüb. Lakin MSK rəsmən Yeni Azərbaycan Partiyasının namizədi Ərəstun Cavadovun qələbəsini tanıyıb.
Y.Babalı hesab edir ki, seçkilər saxtalaşdırılıb, Azərbaycan məhkəmələrində onun şkayətlərinə obyektiv baxılmayıb.
Y.Babalının Avropa məhkəməsinə şikayətini Hüquqi Maarifləndirmə Cəmiyyətinin rəhbəri, hazırda həbsdə olan İntiqam Əliyev hazırlamışdı.
.
Maybe you are interested in:
Avropa Məhkəməsi Azərbaycanla bağlı iki qərarı elan edib
2015-ci ildə Azərbaycandan AİHM-ə 1522 şikayət göndərilib