Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Avropa Məhkəməsi Natiq Əfəndiyevin xeyrinə qərar çıxarıb

 

Avropa İnsan Hüquqları Məhkəməsi Gəncə şəhərinin keçmiş polis rəisi Natiq Əfəndiyevin xeyrinə qərar çıxarıb. Qurumun saytında yerləşdirilmiş məlumatda deyilir ki, məhkəmə Natiq Əfəndiyevin "ədalətli məhkəmə araşdırması” hüququnun pozulduğu qənaətinə gəlib.

Məhkəmənin qərarına görə, Azərbaycan hökuməti  Natiq Əfəndiyevə 4,500  avro həcmində kompensasiya ödəməlidir.

* N.Əfəndiyev ilk dəfə 2000-ci ildə dövlət çevrilişinə cəhd (1994-cü il Gəncə hadisələri) ittihamı ilə həbs edilib və ömürlük cəza alıb.

Avropa Məhkəməsinin israrı ilə 2005-ci ildə o, əfv olunub. Lakin bir neçə ay sonra parlament seçkiləri ərəfəsində qanunsuz silah saxlamaq ittihamı ilə yenidən 5 il müddətinə həbs edilib.

Əfəndiyevin həbsinin əsl səbəbi onda idi ki, parlament seçkiləri ərəfəsində parlamentin keçmiş spikeri Rəsul Quliyevin Azərbaycana qayıtması gözlənilirdi. Həmin vaxt Əfəndiyev Rəsul Quliyevin namizədliyini dəstəkləyən Demokrat Partiyasının üzvü idi. 

.

contact.az

.

Maybe you are interested in:

Avropa Məhkməsi Müsavat başqanının müavininin azadlıq hüququnun pozulduğunu tanıyıb

Azərbaycan hökuməti Avropa Məhkəməsində insan haqları üzrə növbəti işi uduzub

Amnesty İnternational İlqar Məmmədovun dərhal azad edilməsini tələb edib

Avropa İnsan Hüquqları Məhkəməsi Üzeyir Cəfərovun xeyrinə qərar çıxarıb

Avropa Məhkəməsi: İlqar Məmmədov azad edilməlidir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz