Federal lәzgi
milli-mәdәni muxtariyyәti

“Qarabağda savaşa başlamaq üçün münasib vaxtdır, amma...”

Leyla Əliyeva: “Hazırkı hökumət üçün bu variant sərfedici deyil”

Politoloq Leyla ƏliyevaModerator.az-a açıqlamasında Rusiya-Ukrayna gərginliyi fonunda Qarabağda savaşa başlamağın mümkünlüyü ehtimalını şərh edib. Ekspertin qənaətincə, hazırda Rusiyanın başının Ukrayna proseslərinə qarışdığı bir məqamda Qarabağda yeni bir savaşa start vermək məqsədəuyğun olsa da, bu, Azərbaycan hakimiyyətinin maraqlarına uyğun deyil:

"Unutmaq olmaz ki, Qarabağ məsələsində yalnız Rusiyanın maraqları mövcud deyil. Burada Qərbin də maraqlaır var. Azərbaycan hakimiyyətinin legitimliyinin mənbəyi məhz stabillikdir. Bu stabilliyi pozmaq indiki mərhələdə çox riskli bir şeydir. Hökumətə dəstək məhz ondan ibarətdir ki, hökumət stabilliyi qoruyur.

Atəşkəsi pozmur, enerji resurslarının hasilatını təmin edir. Qeyri-stabillik enerji hasilatına mənfi təsir göstərir. Məntiqlə yanaşsaq, təbii ki, Rusiyanın başının Ukrayna faktoruna qarışdığı bir məqamda belə bir addım məntiqlidir. Lakin hazırkı hökumət üçün bu variant sərfedici deyil”.

.

moderator.az

.

Maybe you are interested in:

Etibarsız dostlar yoxsa yalnış diplomatiya?

Ukrayna, Qazaxıstan və Azərbaycan hökumət başçıları Ukrayna mallarının tranziti məsələsini müzakirə ediblər

Azərbaycanın Ukrayna siyasəti doğrudurmu?

Amerika ordusu Azərbaycanın iştirakı ilə Ukraynada hərbi təlimə hazırlaşır

Vəfa Quluzadə: “Gömrük Sazişinə qoşulmaq ölkənin bütün gəlirlərinin Rusiyaya qurban verilməsi deməkdir”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz