Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Ukrayna, Qazaxıstan və Azərbaycan hökumət başçıları Ukrayna mallarının tranziti məsələsini müzakirə ediblər

 

Ukraynanın baş naziri Arseni Yasenyuk Qazaxıstan və Azərbaycanın hökumət başçıları ilə telefon söhbətində tranzit məsələsini müzakirə edib. Telefon söhbəti Rusiyanın Ukrayna mallarını buraxmaqdan imtina etməsilə əlaqadar baş tutub. Bu barədə Ukrayna Nazirlər Kabinetinin mətbuat xidməti bildirib.

Qazaxıstanın baş naziri Kərim Mənsimovla söhbət zamanı Yasenyuk Ukrayna məhsullarının Qazaxıstana tranzit məsələsini müzakirə edib. Tərəflər tranzitin təmin olunması məsələsinin operativ həllinin milli qurumlara həvalə edilməsi barədə razlığa gəliblər.

Yasenyuk həmçinin bildirib ki, Ukrayna bu ölkənin mallarının tranzitinin qarşısını alan Rusiyanın qanunsuz hərəkətləri barədə ÜTT üzvlərini xəbərdar etmək niyyətindədir.

Yasenyukun Azərbaycanın baş naziri Artur Rasizadə ilə söhbətində də həmin məsələlər diqqət mərkəzində olub.

"Ukrayna və Azərbaycan hökumət rəhbərləri tranzitlə bağlı yaranmış problemin həlli yolları barədə prinsipial razılığa gəliblər və zəruri texniki qərarların razılaşdırılması üçün ən qısa zamanda milli nümayəndələrin  görüşünün keçirilməsi barədə razılıq əldə ediblər”, - məlumatda deyilir.

Xatırladaq ki, yanvarın 4-də Rusiya öz ərazisilə Ukrayna mallarının tranzitini dayandırıb. 

.

www.contact.az

.

Maybe you are interested in:

Reuters Davutoğlu: Rusiya Azərbaycanın ərazi bütövlüyü üçün təhlükə yaradır

Ankara “Türk axını” qazını özü satmaq istəyir

Avropa İttifaqı Gürcüstana və Ukraynaya vizasız rejim vəd edir

Türkiyənin baş naziri Rusiyanı Krımı işğal etməkdə ittiham edib

“Qarabağda savaşa başlamaq üçün münasib vaxtdır, amma...”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz