34 yaşlı vətəndaş bankın qarşısında özünü yandırıb
Bu gün 34 yaşlı Malik Hüseynov "Muğanbank”ın Binəqədi filialının qarşısında özünü yandırıb. O, ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə aparılıb.
Xəstəxanadan Turan-a bildirilib ki, M.İsmayılov 3-4 dərəcə ağırlıqda yuxarı ətraf və üz yanığı xəsarəti alıb. Onun durumu ağır qiymətləndirlir.
"Muğanbank”dakı mənbənin məlumatına görə, M.Hüseynov bu ilin yanvarında avtomobil almaq üçün bankdan 3 il müddətinə 9 min manat həcmində kredit götürüb. Bu məbləğin 2 min manatını qaytarıb. Növbəti ödəniş noyabrın 29-da olmalıymış. Lakin bank tərəfindən ona qarşı təcili ödəmə ilə bağlı tələb irəli sürülməyib.
.
Maybe you are interested in:
34-year-old Man Committed Self-immolation in Front of Bank
Emin Hüseynovun İsveçrəyə getməsinə icazə verilib
Azərbaycanda əsgər özünü güllələyib