İranlı deputat Nardarana görə Bakını tənqid edir
İranlı deputat Nardaran sakinlərini hakimiyyətin güc əməliyyatı fonunda fəallaşmağa çağırıb.
İran Parlamentinin təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Mənsur Hakikatpur bildirib: "Azərbaycan hakimiyyəti region diktatorlarının taleyindən dərs çıxarmalıdır”.
"Təəssüf edirəm ki, özünü demokratik hesab edən hökumət məsciddə yas mərasimi zamanı dindarları öldürür. Hökumət o vaxt güclü olar ki, xalqda dərin kökləri olsun”, deyə o qeyd edib.
İran.ru-nun məlumatına görə, Hakikatpur qeyd edib ki, Azərbaycan bir tərəfdən homoseksuallara azadlıq verir, digər tərəfdən isə şiələrə qarşı zorakılıq edir. Bu cür əməllərin nəticələri pis olacaq”, deyə o vurğulayıb.
.
Maybe you are interested in:
Bakı Avropa Parlamentinin rəhbərindən inciyib