ABŞ Senatı Qlobal Maqnitski Qanunu qəbul edir
ABŞ Senatı cümə günü "İnsan hüquqları üzrə qlobal Maqnitski hesabatlılıq aktı" adlı qanun qəbul edib.
Bu qanun bütün dünyada insan hüquqlarını pozanlara qarşı viza sanksiyaları tətbiq etməyə və aktivləri dondurmağa imkan verir, deyə Turan-ın Vaşinqton müxbiri bildirir.
Qanun ABŞ prezidentinə dünyanın istənilən nöqtəsində insan hüquqlarını pozan istənilən şəxsə qarşı sanksiyalar tətbiq etmək hüququ verir. Bununla belə, prezident özü Konqresin icazəsi olmadan bu və ya digər sanksiyalar tətbiq edə bilər.
Yeni qanun 2012-ci ildən mövcud olan Maqnitski Qanununun genişləndirilmiş variantıdır.
* Rusiyalı hüquqşünas Sergey Maqnitski həbsxanada işgəncə və qeyri-insani rəftar nəticəsində həlak olub. Bununla onu Rusiyanın yüksək vəzifəli məmurlarının korrupsiyasını ifşa etmək istəyinə görə cəzalandırıblar.
Bundan sonra Maqnitskinin ölümündə əli olan böyük bir qrup məmur və şəxslərə qarşı sanksiyalar və qadağalar tətbiq edilib.
.
Maybe you are interested in:
Daha bir konqresmen "Azərbaycanda Demokratiya Aktı"nı dəstəklədi
Milli Məclis ABŞ Konqresinə “simmetrik” cavab hazırlayır
Azərbaycanda repressiyalar Vaşinqtonda yeni müzakirələrin predmeti oldu