Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi Nardaran və Amnistiya haqqında

 

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi (VCMK) yaxın gələcəkdə gizli olaraq fövqəladə hal rejimi elan edilmiş Nardaran qəsəbəsindəki vəziyyətlə bağlı dinləmələr keçirəcək.

Komitənin cümə günü keçirilən iclasında qeyd edilib ki, indiyədək Nardaranda həbs edilənlərin dəqiq sayı və onların taleyi məlum deyil. Onların əksəriyyəti vəkilsiz qalıb.

VCMK həmçinin "Sumqayıt gənclərinin hüquqi maarifləndirilməsi” QHT-nin sədr müavini və müxalif Xalq Cəbhəsi Partiyasının üzvü Elçin Həsənovun müdafiəsi üçün mətbuat konfransı təşkil etmək niyyətindədir. Gələn həftə Həsənov üzərində məhkəmə keçirilməlidir, o, 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə ilə törədildikdə) maddə ilə ittiham olunur.

Bundan başqa, VCMK hakimiyyətin QHT-lərə davam edən təzyiqinə və bu sahədə qanunvericiliyin sərtləşdirilməsinə həsr olunmuş xüsusi dinləmələr keçirəcək.

İclasda siyasi məhbuslar mövzusuna xüsusi diqqət yetiriləcək. Gələn həftə onlarla həmrəylik aksiyası keçiriləcək. Həmçinin, ölkə prezidentinə Novruz bayramı ərəfəsində bütün siyasi məhbuslar üçün geniş amnistiya tətbiq edilməsi çağırışı ilə müraciət etmək qərara alınıb. 

.

www.contact.az

.

Maybe you are interested in:

Azərbaycanda siyasi məhbusların sayı 107-ə çatıb

Nardaran hadisələri zamanı ölənlərin və həbs edilənlərin adları bəlli olub

İnsan hüquqlarının pozulması fonunda seçkilər demokratik ola bilməz

Amnesty İnternational-ın nümayəndə heyəti Bakıya buraxılmayıb

Əli Həsənov: “Prezident İlham Əliyev istəyir ki, dövlət siyasətinin formalaşmasında hamı iştirak etsin”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz