Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Elmlər Akademiyası yay vaxtına keçilməsini məqsədəuyğun hesab etmir

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycanda yay və qış vaxtlarına keçid praktikasının ləğvini  təklif edir.

AMEA-nı məlumatına görə, mütəxəssislər hesab edirlər ki, yay-qış vaxtına keçid nəticəsində əldə olunan iqtisadi səmərə, enerji sərfiyyatına qənaət əhəmiyyətli dərəcədə deyil.

"Bundan əlavə, bu keçid tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində  bəzi çətinliklərin meydana gəlməsinə səbəb olur”, - məlumatda deyilir. 

Xatırladaq ki, uzun illərdir Azərbaycanda martın sonuncu bazar günü yay vaxtına keçilir. Öz növbəsində oktyabrın sonuncu bazar günü isə ölkə ərazisində qış vaxtına keçilir.

Bu praktika dünyanın bir çox ölkəsində var, lakin son illər ölkələrin çoxu bu ideyadan imtina edir.

.

www.contact.az

.

Maybe you are interested in:

Davos sınağı

Ann Brasser Azərbaycanda fəalların təqib edilməsini pisləyib

Prezident İlham Əliyev Avropaya inteqrasiyanın əleyhinədir və məmurlardan onun mövqeyini nəzərə almağı tələb edir

Azərbaycan XİN Avropa Şurasından çıxmaq məsələsinə toxunub

Azərbaycan iqtisadiyyatı azaddırmı?

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz