Siyasi məhbusların bir hissəsi azad edilib
Martın 17-də dövlət başçısı İlham Əliyev əfv fərmanı imzalayıb. Fərmana əsasən təxminən yüzə yaxın siyasi məhbusun bir hissəsi azadlığa buraxılıb.
Onların arasında NİDA hərəkatının fəalları Məhəmməd Əzizov, Rəşadət Axundov, Rəşad Həsənov, Müsavat Partiyası sədrinin müavinləri Tofiq Yaqublu, Yadigar Məmmədli, hüquq müdafiəçiləri Rəsul Cəfərov, Taleh Xasməmmədov, Anar Məmmədli, Hilal Məmmədov, müxalifətçilər Nemət Pənahlı, bloger Ömər Məmmədov, vicdan məhbusu Sirac Kərimli, prezidentin keçmiş işlər müdiri Akir Muradverdiyev var.
Cəmi 148 nəfər əfv edilib, o cümlədən 137 nəfər cəzasının qalan hissəsini çəkməkdən, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər cərimə cəzasından azad edilib.
.
Maybe you are interested in:
ABŞ: Azərbaycan bütün siyasi məhbusları azad etməlidir
Əfv olunanlar arasında cəmi iki siyasi məhbus var
İki NİDA fəalı azadlığa çıxıb