İki NİDA fəalı azadlığa çıxıb
NİDA fəalları Zaur Qurbanlı və Üzeyir Məmmədli dekabrın 30-da dövlət başçısının verdiyi əvf fərmanı çərçivəsində həbsdən azad edilib.
Azad edildikdən sonra onlar həbsdə qalan Rəşadət Axundovun babasının, habelə bir müddət əvvəl azad edilmiş digər NİDA fəalı Şahin Novruzlunun atası İbrahim Novruzlunun məzarını ziyarətə gediblər.
Hər iki valideyn övladlarının və nəvələrinin işi üzrə məhkəmə prosesi zamanı vəfat edib.
Zaur Qurbanlı və Üzeyir Məmmədli 2013-cü ilin yazında əsgər ölümlərinə qarşı etiraz aksiyasında iştiraka görə həbs ediliblər və uzunmüddətli həbs cəzalarına məhkum ediliblər. Onlar kütləvi iğtişaşların təşkilində, narkotik və partlayıcı maddə saxlamaqda təqsirli biliniblər.
Hazırda həbs edilmiş 8 NİDA fəalından dördü – Rəşad Həsənov, Məhəmməd Əzizov, Rəşadət Axundov və İlkin Rüstəmzadə həbsdə qalıb.
.
Maybe you are interested in:
Siyasi məhbusların bir hissəsi azad edilib
Əfv olunanlar arasında cəmi iki siyasi məhbus var
Həbsdə olan NİDA fəalı Şahin Novruzlunun atası vəfat edib