Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Həbsdə olan NİDA fəalı Şahin Novruzlunun atası vəfat edib

 

NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Şahin Novruzlunun atası İbrahim Novruzlu bu gün vəfat edib.

Ailəsindən Turan-a bildiriblər ki, o, qəflətən ürək tutmasından dünyasını dəyişib. "İbrahim Novruzlu ürəyindən əməliyyat olunmalı idi. Lakin istintaq orqanı evimizdə olan bütün pulu götürüb. O, müalicə və əməliyyat üçün vəsaiti olmadığından vəfat etdi”, deyə ailə üzvlərindən biri Turan-a bildirib.

Şahin Novruzlunu hələ atasının dəfnində iştirak etmək üçün həbsdən buraxmayıblar. Penitensiar Xidmət hələ ki, Şahin Novruzlunun atasının yas mərasimində iştirakı ilə bağlı müraciəti daxil olmadığını bildirib.

Ailə üzvü isə Penitensiar Xidmətə müraciət etmək üçün vəkillərlə danışıldığını deyib. 

Şahin Novruzlu 2013-cü ilin martında saxlanılıb və 6 il həbsə məhkum edilib. Novruzlunun da üzv olduğu 8 NİDA fəalı hazırda həbsdədir.

Şahin Novruzlu həbs edilən zaman ailələrinə məxsus 94 min manat vəsait də istintaq tərəfindən götürülüb və ailəyə qaytarılmayıb.

2014-cü il iyulun 8-də Şahin Novruzlu prezident İlham Əliyevə müraciət edərək əfv olunmalarını istəyib. 

.

contact.az

.

Maybe you are interested in:

Nardaran hadisələri zamanı ölənlərin və həbs edilənlərin adları bəlli olub

Britaniyalı jurnalist akreditə olunsa da Bakıdan deportasiya edilib

KXCP sədri Elman Həsənlinin hərəkətini qətiyyətlə pislədiyini bildirir

İki NİDA fəalı azadlığa çıxıb

NİDA-çı Şahin Novruzlu atasının dəfninə buraxılmadı

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz