Federal lәzgi
milli-mәdәni muxtariyyәti

NİDA-çı Şahin Novruzlu atasının dəfninə buraxılmadı

 

NİDA Vətəndaş Hərəkatının həbsdəki üzvü Şahin Novruzlunun atası İbrahim Novruzlu qəfil ürək tutmasından vəfat edib.

Bu haqda AzadlıqRadiosuna Şahin Novruzlunun anasıMehparə Novruzlu deyib. O bildirib ki, oğlunun yas mərasimində iştirakı üçün vəkillər təcridxana rəhbəri ilə danışıqlar aparır:

«Oğlum da, bacısı da baş verənlərdən xəbərsizdilər». 

Mərhum oktyabrın 14-də dəfn olunmalıdır.

Şahin Novruzlunun vəkili Əshabəli Mustafayevjurnalistlərə deyib ki, Bakı İstintaq Təcridxanasının rəhbərliyi onlara rədd cavabı verib, məhbusun yas mərasimində iştirakına icazə verməyib:

«Təcridxana rəhbərliyi dedi ki, bu məsələ qanunvericilikdə nəzərdə tutulmayıb. Barəsində hökm çıxarılmayan şəxs qısa müddətə də olsa, azadlığa buraxıla bilməz. Ancaq biz bilirik ki, təcrübədə dəfələrlə belə hallar olub, təcridxanada saxlanan şəxs yaxınlarının dəfnində iştirak ediblər. Qanunda bu əksini tapmadığı üçün hər dəfə buna fərdi yanaşırlar».

Vəkil Şahin Novruzlunun atasının ölümündən xəbərsiz olduğunu güman edir. 

Penitensiar Xidmətdən AzadlıqRadiosuna bildirilib ki, atasının yas mərasimində iştirakına şərait yaradılması üçün Şahin Novruzlu tərəfindən müəssisə rəhbərliyinə müraciət daxil olmayıb:

«Belə bir müraciət olarsa, mövcud qanunvericiliyə uyğun qaydada müraciətə baxılacaq».

Şahin Novruzlu kütləvi iğtişaşların təşkilində ittiham olunur. Ona 6 il azadlıqdan məhrumetmə cəzası verilib. Gənc fəal özü həbsini siyasi sifariş sayır.


.

Azadlıq Radiosu

.

Maybe you are interested in:

Publik hüquqi şəxs nədir?

Hakimiyyətin “jurnalistlər üzərinə amansız hücumları” pislənir

Xədicə İsmayıl ilk dəfə ailə üzvləri ilə görüşüb

İki NİDA fəalı azadlığa çıxıb

Həbsdə olan NİDA fəalı Şahin Novruzlunun atası vəfat edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz