Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Fransa bütün siyasi məhbusların azad edilməsinə çağırır

 

Fransa hökuməti Novruz bayramı ərəfəsində Azərbaycanda 148 məhkumun (jurnalistlər, siyasi fəallar və QHT üzvləri daxil olmaqla) əfv edilməsini alqışlayıb.

"Ümid edirik ki, bu jest öz siyasi fəaliyyətinə görə həbsdə olan və ya şərti cəza alan digər şəxslərin də azadlığa buraxılması ilə müşayiət olunacaq və bu, qanunçuluğun möhkəmləndirilməsi istiqamətində ümumi hərəkata xidmət edəcək”, - Fransanın Bakıdakı səfirliyindən Turan-a daxil olan məlumatda deyilir.

Xatırladaq ki, martın 17-də Azərbaycan prezidenti 148 məhkumu, o cümlədən 14 siyasi məhbusu əfv edib. Digər siyasi məhbus, jurnalist Rauf Mirqədirov Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Onun real cəzaçəkmə müddəti şərti cəza ilə əvəzlənib.

.

www.contact.az

.

Maybe you are interested in:

ABŞ: Azərbaycan bütün siyasi məhbusları azad etməlidir

21 beynəlxalq təşkilat Azərbaycanda bütün siyasi məhbusların azad edilməsinə çağırır

Leyla Yunusun ardınca digər siyasi məhbuslar da azad edilməlidir

Con Kerri Arif Yunusun həbsdən azad edilməsini alqışlayır və digər siyasi mməhbusların azad edilməısini gözləyir

A.Abdullayeva: Biz hamının azad olunmasını istəyirik, amma...

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz