Hakimiyyət beynəlxalq aləmə müharibə elan etdi
Fuad Ələsgərov beynəlxalq təşkilatlarla əməkdaşlıqdan imtina təklifilə çıxış edib

Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov YAP-ın Beynəlxalq əlaqələr komissiyasının ilk iclasında beynəlxalq təşkilatlarla əməkdaşlıqdan imtinaya çağırış edib.
"Trend”in bu barədə yaydığı məlumata görə, Fuad Ələsgərov deyib ki, "Freedom House”, "Human Rights Watch”, "Amnesty International”, "Transparency International” kimi təşkilatlarla əməkdaşlıq yox, "bu təşkilatların yürütdüyü ikili standartlara qarşı mübarizə aparmaq, Azərbaycanla bağlı yayılan yalan məlumatların qarşısını almaq" lazımdır: "Hesab etmirəm ki, bu təşkilatlarla əməkdaşlıq uğurlu ola bilər. Zənnimcə, biz mövqeyimizi dəyişməliyik”.
Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus deyir ki, illərdir beynəlxalq təşkilatlara, əsasən də diplomatlara bu hakimiyyətin əsl simasını izah eləməyə çalışırlar.

Indi özləri bu cür hərəkətlərilə, bəyanat və təkliflərilə hansı düşüncənin sahibi olduğu sübut edirlər. Yaxşı olar ki, bu hakimiyyət elə birbaşa şəkildə beynəlxalq aləmə müharibə elan etdiyi açıqlasın”.
.
We advise you to sign up, to be full of users of our website.
Maybe you are interested in:
Əli Həsənov: “Qərbdən qorxmuruq”
Əli Həsənov: “Qərbdən qorxmuruq”
Leyla Yunus Serjiu Vieyra de Mello adına mükafata layiq görülüb
Amnesty International starts campaign in support of Azerbaijani human rights defender Leyla Yunus
Şərh əlavə edin