Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Leyla Yunus Saxarov mükafatına 3 namizəddən biridir

 

Andrey Saxarov  "Azad düşüncə mükafatı”na 3 yekun namizəd müəyyənləşib. Ukraynanın "Avromaydan” hərəkatı, azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunus və konqolu həkim Deni Mukveq oktyabrın 7-də Brüsseldə keçirilən səsvermədə Avropa Parlamentinin bu mükafatına son namizədlər elan olunublar.

Maydan hərəkatı Ukraynada Victor Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılmasına gətirib. Avromaydanı jurnalistlər Mustafa Nayem və Tatyana Chornovol, Eurovision müsabiqəsinin qalibi Ruslana və fəal Yelizaveta Shepetilnikova təmsil edir.

Azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus hazırda həbsdədir, vətənə xəyanətdə ittiham olunurlar. Həkim Deni Mukveq Konqo Demokratik Respublikasında cinsi təcavüz qurbanları üçün xəstəxana açıb.

Saxarov mükafatı laureatı oktyabrın 16-da elan olunacaq. Mükafatın dəyəri 50 min avrodur, hər il insan hüquqları və fikir azadlığı uğrunda mübarizəyə görə verilir.

.

azadliq.info

.

Maybe you are interested in:

Almaniya və Aİ Leyla Yunusun azad edilməsinə sevinir

Arif Yunus: “Mən susmayacam”

Leyla Yunus Battle of Crete Award mükafatı ilə təltif edib

Leyla Yunus Serjiu Vieyra de Mello adına mükafata layiq görülüb

Saxarov mükafatının qalibinin elan olunması təxirə salındı

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz