Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Leyla Yunus Battle of Crete Award mükafatı ilə təltif edib

 

Oktyabrın 28-də OXI DAY Leyla Yunusu azadlıq və demokratiya uğrunda mübarizəsinə görə 2015-ci ül üçün Battle of Crete Award mükafatı ilə təltif edib.

 "İnanırıq ki, 2012-ci ildəki qalibimiz Aun San Su Ci kimi siz də əsl mərdlik nümunəsi sayılırsınız.

Sizin bu mükafata namizədliyinizi Milli Demokratiya Fondunun (NED) prezidenti Karl Gerşman irəli sürüb.

Ümid edirik ki, bütün dünyanın sizin və həyat yoldaşınızın qanunsuz həbsinə olan diqqəti buna son qoyacaq və siz bizim sizin şərəfinizə düzənlədiyimiz banketdə iştirak edəcəksiniz”, - Fondun bəyanatında deyilir.

Mükafat Leyla və Arif Yunusların qızı Dinara Yunusa təqdim edilib.

Oxi Day Battle of Crete Award  azadlıq və demokratiya sahəsində mübarizə aparan qadınlara verilir.

Mükafat 1941-ci il mayın 20-də Krit adalarına çıxarılan alman desantları ilə qeyri-bərabər döyüşlərdə vuruşan Krit adası qadınlarının şərəfinə təsis edilib.

.

www.contact.az

.

Maybe you are interested in:

Arif Yunus: “Mən susmayacam”

Leyla Yunus receives Battle of Crete Award

Arif və Lüyla Yunuslara qarşı cinayət işi məhkməyə göndərilir

Leyla Yunus Serjiu Vieyra de Mello adına mükafata layiq görülüb

Saxarov mükafatının qalibinin elan olunması təxirə salındı

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz