Keçmiş NİDA-çı: "Müxalif qüvvələrə qoşulmaqla səhv etdiyimi anladım"

Əfv sərəncamı ilə azad edilən NİDA vətəndaş hərəkatının keçmiş üzvü Elsevər Mürsəlli müxalif qüvvələrə qoşulmaqla səhv etdiyini bildirib. Prezident İlham Əliyevə və ailəsinə təşəkkür edən E.Mürsəlli törətdiyi əmələ görə peşman olduğunu deyib: "Öz cinayət əməlimə görə həbs olunmuşdum. Narkotik maddə ilə tutulmuşdum. Törətdiyim əmələ görə peşmanam. Müxalif qüvvələrə qoşulmuşdum və indi səhvimi başa düşmüşəm. Könüllü olaraq müxalifyönlü qüvvələrdən imtina edirəm, Prezdent İlham Əliyevin siyasətini dəstəkləyirəm. Buradan çıxandan sonra Heydər Əliyevin məzarını ziyarət edəcəyəm və Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət edəcəyəm”.
E.Mürsəllinin atası Nəsrəddin Şahbuzov da Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib: "Elsevər gənc olduğu qədər də təcrübəsizdir, onun siyasətə qoşulması da bizim üçün gözlənilməz idi. İndi o səhvini başa düşüb” Trend.
.
We advise you to sign up, to be full of users of our website.
Maybe you are interested in:
Dövlət Departamenti Kerri –Əliyev görüşü barədə
Milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib
Ann Brasserin İlham Əliyevə çağırışı
Həbsdə olan NİDA fəalı Şahin Novruzlunun atası vəfat edib
Şərh əlavə edin