Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Ukraynada azərbaycanlı hüquq müdafiəçilərinə dəstək aksiyası keçirilib

 

Ötən gün Ukraynanın Çerniqov şəhərində Norveç "İnsan Hüquqları Evi” Fondunun nümayəndəliyinin açılışı zamanı azərbaycanlı hüquq müdafiəçiləri ilə həmrəylik aksiyası keçirilib.

Zalda İntiqam Əliyev, Rəsul Cəfərov, Anar Məmmədli və Leyla Yunusun fotoları təsvir edilmiş futbolkalar asılıb.

Bundan əlavə, Naxçıvanda insan hüquqlarının pozulmasına həsr olunan stenddə yerli hüquq müdafiəçisi Məlahət Nəsibovanın fotosu təsvir edilib.

Bu gün Norveç "İnsan Hüquqları Evi” Fondu Azərbaycanın Kiyevdəki səfirliyinin qarşısında etiraz aksiyası keçirib. İştirakçılar azərbaycanlı hüquq müdafiəçilərinin portretlərini qaldırıblar, siyasi məhbusların təsvirləri olar futbolkalar geyiniblər.

Azərbaycanda "İnsan Hüquqları Evi” 2009-cu ildə açılıb. Lakin iki ildən sonra hakimiyyət ofisi bağlayaraq qurumun qeydiyyatını ləğv edib.

.

contact.az

.

Maybe you are interested in:

AŞPA Azərbaycanda insan hüquqları üzrə yeni məruzəçi təyin edib

Beynəlxalq Hüquq Müdafiə Təşkilatları Federasiyası BMT-ni Azərbaycanda insan hüquqlarının vəziyyətinə reaksiya verməyə çağırıb

40-dan çox xarici hüquq-müdafiə təşkilatı İlham Əliyevi siyasi məhbusları azad etməyə çağırıb

Nils Mujnieks İntiqam Əliyevin işi üzrə iradları Avropa Məhkəməsinə göndərib

Mujnieks: Hüquq müdafiəçilərinə qarşı repressiyalara son qoyun

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz