Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Yadigar Sadıqovun apellyasiya şikayəti təmin edilməyib

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqovun Qaradağ rayon Məhkəməsinin qərarından apellyasiya şikayətinə baxılıb və şkayət təmin edilməyib.

Y.Sadıqov Qaradağ rayon Məhkəməsinin qərarını absurd adlandıraraq, "Azadlıqda ikən siyasi fəaliyyətimə görə iki dəfə məni pedaqoji fəaliyyətdən uzaqlaşdıranlar, uzun illər mənə işləməyə imkan verməyənlər həbs edildikdən sonra məni əməyə meylli olmamaqda ittiham edirlər”, deyərək, onunla bağlı bütün məhkəmə qərarlarının siyasi sifariş olduğunu bildirib.

Müsavat Partiyası Apellyasiya Məhkəməsinin Y.Sadıqovun şikayətinin təmin edilməməsi haqqında çıxardığı qərarı ənənəvi sifarişli məhkəmə qərarlarının növbətisi hesab edərək, Azərbaycan hakimiyyətindən Y.Sadıqova qarşı sərgilədiyi qərəzli münasibətdən əl çəkməyə, onu darhal azadlığa buraxmağı tələb edir.

Yadigar Sadıqov 2013-cü il iyunun 27-də saxlanılıb. Müsavat başqanının müavini xuliqanlıqda ittiham olunur.

O, Lənkəran rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. 2014-cü il iyulun 22-də Apellyasiya məhkəməsi onun həbsini 4 ilə endirib.

Noyabrın 7-də Qaradağ rayon Məhkəməsi Yadigar Sadıqovun cəza rejiminin dəyişdirilməsi ilə bağlı müraciətini təmin etməyib. Belə ki, aldığı aldığı cəzanın 1/3-ni çəkdiyindən geri qalan cəzanın daha yüngül cəza ilə əvəzlənməsi ilə bağlı məhkəməyə müraciət etmişdi.

Məhkəmə müraciəti təmin etməməsini Sadıqovun saxlandığı 14 saylı Cəza Çəkmə Müəssisəsinin  xarakteristika ilə əsaslandırıb. Xarakteristikada yazılıb ki, Yadigar Sadıqov peşmançılıq hissi keçirmir, əməyə meylli deyil, səhərdən axşama kimi kitab oxuyur.

Qaradağ rayon Məhkəməsinin bu qərarından apellyasiya şikayəti isə bu gün təmin edilməyib.

Yadigar Sadıqov Amnesty İnternatioanl tərəfindən "vicdan məhbusu” elan edilib. 

.

contact.az

.

Maybe you are interested in:

Martın 11-də Arif və Leyla Yunusların apellyasiya şikayətinə baxılacaq

Jurnalsitin kassasiya şikayəti də təmin edilmədi

Avropa Məhkməsi Müsavat başqanının müavininin azadlıq hüququnun pozulduğunu tanıyıb

Leyla Yunusun bədənində qançırlar var – vəkil

Məhkəmə Xədicə İsmayılovanı həbsdə saxlayıb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz