Leyla Yunusun bədənində qançırlar var – vəkil
Noyabrın 4-də Bakı Apellyasiya Məhkəməsində Leyla və Arif Yunusun birinci instansiya məhkəməsinin qərarından verdikləri şikayət üzrə ilkin dinləmə olub.
Vəkil Elçin Sadıqovun Turan-a verdiyi məlumata görə, müdafiə tərəfi həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında və bir sıra digər vəsatətlər qaldırıb, lakin hakim onları təmin etməyib. Məhkəmənin növbəti iclası noyabrın 12-nə təyin edilib.
Vəkil bildirib ki, iclasda Leyla Yunusun boynunda böyük qançırlar görünürdü. Onların mənşəyi naməlum olaraq qalır. Şüşə akvariumda olan Leyla Yunus əldən düşmüş və zəif görünürdü və vəkilə heç nə deyə bilməyib.
Leyla Yunusun qançırları ilə əlaqədar vəkil araşdırma üçün müvafiq instansiyalara müraciət vermək niyyətindədir. Sadıqov həmçinin bildirib ki, ona Leyla Yunusla görüşmək imkanı verilməyib.
"Leyla və Arif sadəcə olaraq bir-birini qucaqlayıb müttəhimlər kürsüsündə oturmuşdular və heç nə danışmırdılar”, deyə vəkil bildirib.
Xatırladaq ki, oktyabrın 20-də Apellyasiya Məhkəməsi onların işini protokolların prosesdəki real ifadələrlə uyğun olmamasının səbəblərini araşdırmaq üçün işi Ağır Cinayətlər Məhkəməsinə göndərib.
Müdafiə tərəfin bununla bağlı müraciətinə məhkəmədə baxılıb, amma bu barədə rəy vəkillərə hələ də verilməyib.
.
Maybe you are interested in:
Arif Yunus: “Leylanı ölüm həddinə çatdırmaq istəyirlər”
Arif Yunusun həbs müddəti 5 ay uzadılıb
Leyla Yunus vəkilləri ilə görüşə gələ bilməyib