Federal lәzgi
milli-mәdәni muxtariyyәti

MSK 8 bələdiyyədə seçki nəticələrini ləğv edib

 

Azərbaycan MSK dekabrın 23-də 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilmiş seçkilərin yekunlarını açıqlayıb. Bazar ertəsi keçirilən iclasda MSK 43 seçki məntəqəsində səsvermənin nəticələrini ləğv edib (ümumilikdə 5 minə yaxın seçki dairəsi var).

Bunun nəticəsində 8 bələdiyyəyə - Arabaşlı (50-ci Abşeron-Qobustan dairəsi), Uzunboyat və Sadan (hər ikisi 54-cü Şabran-Siyəzən dairəsi), Musakuça (70-ci Masallı şəhər dairəsi), Saqlaser (75-ci Lənkəran-Masallı dairəsi), Alpout (94-cü Bərdə kənd dairəsi), Soyulan (95-ci Tərtər dairəsi) və Nizami (96-1-ci Nizami-Naftalan dairəsi) bələdiyyələrinə seçkilərin yekunları ləğv edilib.

MSK rəhbəri Məzahir Pənahovun fikrincə, "bir sıra sahə seçki komissiyalarının qəsdən və ya bilmədən öz öhdəliklərini qeyri-peşəkar icra etdiyi azsaylı xoşagəlməz hadisələri nəzərə almasaq”, seçkilər yüksək səviyyədə təşkil edilib.

O, 15-ci Yasamal birinci seçki dairəsinin 12-ci seçki məntəqəsinin seçki komissiyasının yenidən formalaşdırıldığını bildirib.

"Namizədlərin qeydiyyatında heç bir problem olmayıb. KİV-in seçkiləri müşahidə etməsi başdan sona qədər sərbəst olub, bununla bağlı MSK-ya heç bir şikayət daxil olmayıb”, deyə Pənahov bildirib.

Xatırladaq ki, dekabrın 23-də məhz 15-ci seçki dairəsində Meydan TV-nin müxbirləri bülletenlərin kütləvi şəkildə atılması kimi kobud pozuntu faktları çəkiblər.

İclasda MSK üzvü Akif Qurbanov "kütləvi qanun pozuntuları ilə əlaqədar” bələdiyyə seçkilərinin nəticələrini tamamilə ləğv etməyi təklif edib. Lakin son nəticədə seçkilərin nəticələri haqqında protokol 15 "lehinə” və 2 "əleyhinə” səslə qəbul edilib.

Xatırlaaq ki, 1607 bələdiyyədə 15035 yer uğrunda 37 min namizəd mübarizə aparıb. 

.

contact.az

.

Maybe you are interested in:

Rusiya Ermənistana hərbi vertolyotlar çıxarıb

BEŞİNCİ ÇAĞIRIŞ AZƏRBAYCAN MİLLİ MƏCLİSİNƏ SEÇKİLƏR BAŞA ÇATDI

AİHM 2010-cu il seçkilərində hüquqların pozulması haqqında şikayəti təmin edib

Avropa Şurası: Yaxşı jurnalist satılmır

Elmar Məmmədyarov ATƏT DTİHB-dən şikayət edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz