BMT komitəsi Azərbaycanda qadın hüquqları məsələsini müzakirə edəcək
Fevralın 18-də BMT-nin Qadınlara qarşı ayrı‐seçkiliyin bütün formalarının ləğvi komitəsinin (CEDAW) iclasında Azərbaycanda qadınların hüquqlarının təminatı məsələsinə baxılacaq. Tədbirdə Bakıdan nümayəndə heyəti də iştirak edəcək.
BMT Bakı nümayəndəliyinin məlumatında deyilir ki, iclasda stereotiplər və erkən nikahın artmasına şərait yaradan patriarxal münasibətlərin aradan qaldırılması, traffikinq, selektiv abortlar, əmək məsələlərində gender hüquqlarının pozulması və s. müzakirə olunacaq.
Azərbaycan qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanı imzalayan 188 ölkədən biridir. Bununla əlaqədar ölkə BMT-nin 23 müstəqil ekspertdən ibarət Komitəsinə müntəzəm hesabatlar təqdim etməlidir.
ФЛНКА
Maybe you are interested in: