Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Milli Şura hakimiyyətlə siyasi partiyalar arasında “dialoq” barədə

 

Milli Şuranın Koordinasiya Mərkəzi (MŞ KM) bazar ertəsi keçirilən toplantıda bir çox məsələlərlə yanaşı müxalif  qüvvələrlə iqtidar arasındakı "iqtidar-müxalifət dialoqu” kimi təqdim edilən məsələyə də münasibətini bildirib.

KM üzvləri hadisəni dialoq yox, əslində, ölkə iqtidarının avtoritar və repressiv mahiyyətini pərdələmək adlandırıblar. KM üzvlərinə görə, bu "dialoq” siyasi və vicdan məhbuslarının sayı üzrə "dünya çempionu” olan, parlamentində bir nəfər müxalifətçi olmayan, demokratik təsisat və prinsipləri məhv etməyi prioritetə çevirən hakimiyyətin beynəlxalq birliyə yönələn demokratiya imitasiyasına xidmət edən siyasi şoudur.

KM üzvləri bu "şou”da iştirak edən "siyasi partiyaların” böyük əksəriyyətinin bugünədək fəaliyyətlərinin nəzərə çarpmadığına, onların adlarının belə ölkə cəmiyyətinə heç nə demədiyinə iddia edirlər. "Dialoq” imitasiyası başlanandan ölkədə insan hüquqlarının vəziyyətinin daha da pisləşdiyi, yeni həbslərin həyata keçirildiyi, həbsdəki siyasi məhbuslara saxta hökmlərin elan edildiyi, yeni və uydurma ittihamların irəli sürüldüyü bildirilib. "Lakin bütün bunlar "dialoq” iştirakçılarını narahat etməyib və onların bugünədək əldə etdiyi yeganə nəticə "dialoqun davam etdirilməsi haqqında razılığa gəlinməsi” olub”, - müəlliflər qeyd edirlər.

"Böyük əksəriyyətinin müxalifət adına iddia etməyə mənəvi haqqı olmayan və özlərindən başqa heç kimi təmsil etməyən fərdlərin bir itqidar məmuru ilə belə predmetsiz və məzmunsuz görüşləri "hakimiyyət-müxalifət dialoqu” sayıla bilməz”, - sənəddə vurğulanır 

.

contact.az

.

Maybe you are interested in:

Milli Şura 15 marta mitinq təyin etdi

Alyans iqtidarı vətəndaş cəmiyyətinə qarşı qisasçılıqda ittiham edir

Pənah Hüseyn: “Dialoq üçün ilk öncə siyasi məhbuslar azad edilməlidir”

Müxalifət və iqtidar təmsilçiləri həftə sonu görüşəcəklər

Arzu Abdullayeva: Siyasi məhbuslar artır – kim durub bunun arxasında?

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz