Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Aİ Transxəzər qaz kəməri üzrə danışıqları bərpa edir

 

Avropa İttifaqı Avropa şirkətlərinin cəlb olunması ilə Türkmənistandan Avropaya qaz kəmərinin inşası ilə bağlı imkanlar axtarır. Bu barədə Aİ-nin Aşqabaddakı səfiri Denis Daniilidis bildirib.

Reuters məlumat verir ki, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç Transxəzər qaz kəməri üzrə danışıqların bərpası üçün yaxın aylarda Türkmənistana səfər etmək niyyətindədir.

"Türkmənistanlı tərəfdaşlarımız ilə danışıqlar zamanı belə nəticəyə gəldik ki, Aİ şirkətlərini Avropa bazarı üçün Türkmənistan qazının alışına necə cəlb etməyi araşdırmaq lazımdır”, - Şefçoviç bildirib.

Martın 10-da Türkmənistan hakimiyyəti Xəzərin dibilə Türkmənistandan Azərbaycana çəkiləcək Transxəzər qaz kəməri ilə Avropaya ildə 10-dan 30 milyard kubmetrədək qazın nəqlinə dair fəal danışıqlar barədə bəyan ediblər. Sonra kəmər mövcud qaz borusu ilə birləşəcək, qaz Gürcüstan və Türkiyə ərazisilə Avropaya daxil olacaq.

Layihəni ABŞ da dəstəkləyir, lakin Rusiya və İran tikintiyə mane olmağa çalışırlar.

Azərbaycan, Qazaxıstan və Türkmənistan hesab edirlər ki, bu məsələ beş sahilyanı dövlətin hamısı ilə deyil, razılığa gələn iki tərəf arasında həll olunmalıdır.

.

contact.az

.

Maybe you are interested in:

Prezident İlham Əliyev: “Ermənistan Azərbaycanı təxribata çəkir”

Vladimir Putin və Rəcəp Tayyip Ərdoğan Bakıda qaz məsələlərini müzakirə edirlər

Aprelin sonlarında Fransa prezidenti Ermənistan və Azərbaycana səfər edəcək

Dövlət başçısı İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə enerji məsələlərini müzakirə edib

İlham Əliyev referenduma hazırlaşır

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz