Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Ermənistan Bakıda Beynəlxalq Kimya Olimpiadasında iştirak edəcək

 

Yerevan/07.05.15/Turan-Armİnfo: Ermənistan Bakıda keçiriləcək 47-ci Beynəlxalq Kimya Olimpiadasında iştirak edəcək.

Ermənistan Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Olimpiadanın Təşkilat Komitəsinin sədri Nərgiz Paşayevadan müvafiq dəvət alınıb.

Ermənistan məktəblilərinin beynəlxalq fənn olimpiadalarında iştirakının əhəmiyyətini nəzərə alaraq, müsbət qərar qəbul edilib. Ermənistan nümayəndə heyətinə şəxsən nazir Armen Aşotyan rəhbərlik edəcək.

Bu arada Ermənistan tərəfi Azərbaycandan nümayəndə heyəti üzvlərinin təhlükəsizliyinə zəmanətin təsdiq edilməsini gözləyir.

Azərbaycanın Təhsil Nazirliyindən şərh almaq mümkün olmayıb.

47-ci Beynəlxalq Kimya Olimpiadası iyulun 20-29-u tarixlərində Bakıda keçiriləcək. Olimpiadada dünyanın 80-ə yaxın ölkəsinin nümayəndələri iştirak edəcək. 

.

contact.az

.

Maybe you are interested in:

Nalbandyan: Ermənistan və Azərbaycan prezidentlərinin görüşü dekabrda keçiriləcək

Rusiya sülhməramlı qüvvələr adı altında Ermənistana qoşun çıxarır

Mehriban Əliyeva İslam Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik edir

C.Uorlik: Azərbaycan və Ermənistan prezidentləri sülhə sadiqdir

Bordyuja Azərbaycana Rusiya silahlarının satışı haqqında

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz