Azərbaycan “Şərq Tərəfdaşlığı” sammitinin yekun bəyannaməsini imzalamaqdan imtina edirmiş
Gün ərzində Azərbaycan Riqada "Şərq Tərəfdaşlığı” sammitinin Yekun Bəyannaməsini imzalamaqdan imtina edib. Bu barədə jurnalistlərə Avropa Parlamentinin rəhbəri Martin Şults bildirib, xəbəri RİA Novosti yayıb.
Amma son məlumata görə, sənəddə "Krımın ilhaqı” ifadəsinə etiraz edən Ermənistan və Belarus da daxil olmaqla, bütün iştirakçılar yekun sənədi imzalayıblar.
Azərbaycana gəlincə, Bakının sənədi imzalamamasının səbəbi bildirilmir. Lakin Ermənistan mənbələri iddia edir ki, Bakı sənəddə Qarabağla bağlı ifadələrə etiraz edib. Bu ifadənin məhz necə olduğu və necə dəyişdirildiyi bildirilmir.
.
Maybe you are interested in:
Avropa İttifaqı Gürcüstana və Ukraynaya vizasız rejim vəd edir
Bakı Avropa Parlamentinin rəhbərindən inciyib