Heydər Əliyev Fondu Bolqarıstanda muzeyin bərpasına 1,2 milyon lev ayırıb
Heydər Əliyev Fondu Bolqarıstanın Veliko-Tırnovo şəhərində "Trapezitsa” qoruq-muzeyinin bərpasına 1,2 milyon lev ayırıb. Bu barədə "Azadlıq” radiosu yerli mətbuata isnadən bildirib.
Mayın 27-də Bolqarıstanın baş naziri Boyko Borisov və Azərbaycanın baş nazir müavini Elçin Əfəndiyevin iştirakı ilə vəsaitin verilməsinə dair müqavilə imzalanıb.
Müqaviləni Bolqarıstanın mədəniyyət naziri Vejdi Rəşidov və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov imzalayıblar.
Bolqarıstanın baş naziri vəsaitin danışıqlardan iki ay sonra köçürüldüyünə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Trapezitsa Bakıdakı İçərişəhər kimi yerdir. Yantra çayının sağ sahilində yerləşir və hər üç tərəfdən çayla əhatə olunmuş qalanı xatırladır.
Ayrılan vəsaitin nəyə sərf olunacağı açıqlanmır. Azərbaycan hakimiyyəti bir çox mədəni və humanitar xarakterli layihələri maliyyələşdirən Fondun maliyyə mənbələrini açıqlamır.
.
Maybe you are interested in:
Azad Rəhimov “Formula-1” yarışlarının xərclərini azaldır