Xəsarət almış Avstriyalı idmançılar vətənlərinə göndəriliblər
Cümə axşamı yerli vaxtla saat 8:30 radələrində sinxron üzgüçülük üzrə Avstriya yığmasının üzvü olan 3 qız Bakıda Atletlər Kəndi ərazisində ciddi xəsarət alıblar.
Qızlar səki ilə gedərkən, avtobus onları vurub. "Biz hadisədən şok olduq və dərhal zəruri təcili tədbirləri gördük”, deyə Avstriyanın Olimpiya Komitəsinin baş katibi Piter Mennel bildirib.
Onun sözlərinə görə, Verena Breit kiçik xəsarətlər alıb, sağ ayağında omba zədələnməsi var. Digər iki qız – Vanessa Şainoviç və Luna Pajer daha ciddi xəsarətlər alıb. Şainoviçin çoxsaylı sınıqları var, Pajerin isə qolunda travma var. Hər ikisi müalicəni davam etdirmək üçün Vyanaya göndəriliblər. Hər iki qızı komandanın həkimi Robert Kandelqard müşaiyət edir, deyə Avstriya Olimpiya Komitəsinin məlumatında bildirilir.
2015 İyun 11 (Cümə axşamı) 16:37:04
Avstriya komandasının üç üzvü iyunun 11-də səhər saatlarında YNH-də xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.
Avropa Oyunlarının Təşkilat Komitəsinin məlumatında deyilir ki, hadisə Atletlər Kəndinin nəqliyyat qovşağında baş verib.
Lakin məlumatdan məhz nə baş verdiyi aydın deyil.
"Hələlik heç nə əlavə edə bilmərik, əlavə məlumat veriləcək”, deyə Təşkilat Komitəsinin anonim nümayəndəsi vəziyyətlə bağlı şərh verib.
Qeyri-rəsmi məlumata görə, YNH nəticəsində dörd idmançı xəsarət alıb, onlar hamısı reanimasiyaya yerləşdirilib. İdmançılardan birinin vəziyyəti həddindən artıq ağırdır.
Rəsmi məlumat almaq və hadisənin təfsilatını öyrənmək cəhdləri hələlik nəticə vermir.
.
Maybe you are interested in:
Moskvada Avropa Oyunlarının təqdimat
Human Rights Watch-un əməkdaşı Bakıdan deportasiya olunub