Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Bir qrup hökumətyönlü gənc Landmark-ın qarşısında piket keçirib

 

Hökumətyönlü gənclər təşkilatlarının onlarla üzvü saat 10:30-da Xaqani küçəsində Landmark ofis kompleksinin önündə pilket keçirib. Burada Avropa İttifaqı, ATƏT missiyaları, Böyük Britaniya səfirliyi və ABŞ səfirliyinin bir hissəsi yerləşir.

Aksiya iştirakçıları Qərbin ikili standartlarını pisləyən şüarlar səsləndiriblər, beynəlxalq forumlarda Azərbaycanın ünvanına "əsassız” tənqidlərə son qoyulmasını tələb ediblər.

Öz tələblərini səsləndirdikdən sonra fəallar "Sahil” bağına doğru irəliləyiblər və orada telekanalların müxbirlərinə öz aksiyaları barədə məlumat veriblər.

Təşkilatçılardan biri - Fuad Rəsul adlı şəxs "Azərbaycanın uğurlarnı həzm edə bilməyən xarici qüvvələri” ittiham edib.

"Bu dövlətlər və təşkilatlar bizim uğurlarımızı, Qarabağ problemini görmək istəmirlər. Odur ki, biz etiraz edirik”, - o vurğulayıb.

Polis aksiyanın gedişinə mane olmayıb, heç kimi saxlamayıb. 

.

contact.az

.

Maybe you are interested in:

Ceyms Uorlik Ermənistan QHT nümayəndələri ilə Dağlıq Qarabağ qaçqınları məsələsini müzakirə edib

Böyük Britaniya səfiri XİN-ə çağırılıb

Əliyev və Merkel görüşü zamanı etiraz aksiyası

Hökumətyanlı QHT-lər Azərbaycanda bütün dərdlərinin günahkarlarını tapdılar

Nardaranda Fransa, İsrail və ABŞ bayraqları yandırlıb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz