Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Arzu Abdullayeva beynəlxalq nüfuzlu mükafata layiq görülüb

 

Helsinki Vətəndaş Assambleyası Milli Komitəsinin sədri Arzu Abdullayeva və "Moskva Helsinki Qrupu” regional ictimai təşkilatının inkişaf üzrə direktoru  Andrey Yurov Helsinki prinsiplərinə  töhfəyə görə Niderland Helsinki Komitəsinin mükafatına layiq görülüblər.

A.Abdullayeva bu mükafata yubadılmış Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı tərəflər arasında inam yaradılmasındakı mühüm səylərinə, həmçinin Azərbaycanda insan hüquqlarının müdafiəsinə yardımına  görə layiq görülüb.

A.Yurov Gürcüstan, Qırğızıstan və Ukraynada insan hüquqlarının kobud pozulması faktlarını müşahidə missiyasına və həmrəylik kampaniyasına görə təltif edilib.

"Biz insan hüquqları sahəsində irəliləmək təşəbbüsünü öz üzərinə götürən bu iki görkəmli liderin səylərini qeyd etməkdən  qürur duyuruq”, - Niderland Helsinki Komitəsinin bəyanatında deyilir.

.

www.contact.az

.

Maybe you are interested in:

Arzu Abdullayeva Receives Prestigious International Award

Xədicə İsmayılova beynəlxalq mükafata layiq görülüb

ABŞ Helsinki Komissiyası Azərbaycana dair dinləmələr keçirəcək

Donald Tusk Azərbaycanın vətəndaş cəmiyyətinə dəstək ifadə edib

Leyla Yunus Serjiu Vieyra de Mello adına mükafata layiq görülüb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz