ABŞ Konqresi: Sabitlik üçün sanksiyalar
ABŞ Konqresi üçün HR 4264 nömrəli qanun layihəsi Azərbaycanda 2015-ci ilin altından xətt çəkir. Bu layihə ölkəyə və ölkə rəhbərliyi də daxil olmaqla, vəzifəli şəxslərə qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutur.
Bir qrup konqresmen tərəfindən hazırlanmış qanun layihəsi dekabrın 16-da Azərbaycanlı jurnalist Xədicə İsmayılovanın həbsi haqqında işlə bağlı dinləmələr zamanı konqresmen Kristofer Smit tərəfindən ABŞ Helsinki Komissiyası adından təqdim edilib.
İl Azərbaycanda rejim üçün kritik, 2015-ci ilin əvvəllərində qarşıda duran çətinlikləri anons edən prezident İlham Əliyevin gözlədiyindən daha da pis olub.
Manatın iki dəfə bahalaşması, Azərbaycan Beynəlxalq Bankının dağılması, MTN-də və Rabitə Nazirliyində qalmaqallarla özünü büruzə verən milli təhlükəsizlik sisteminin dağılması, narahat şiə kəndi Nardaranda FV tətbiq edilməsi, SOCAR rəhbərliyinin təqsiri ucbatından dənizdə neftçilərin həlak olması və nəhayət, neftin qiymətinin 40 dollardan da aşağı düşməsi sistemin böhranını nümayiş etdirir.
Sadalanan hadisələrdən heç biri tamamilə daxili məsələ deyil və xarici kökləri var. Və bu, təsadüfi deyil. Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən xarici təsirdən çox asılıdır, belə ki, onun təməl neft və qaz xammalı sənayesi beynəlxalq layihədir, daxili sabitlik isə milli manata çevrilən neft dollarları ilə təmin edilir.
Xammal maraqları BMT, ATƏT, Aİ, AŞ kimi müxtəlif beynəlxalq ittifaqlar vasitəsilə siyasi zəmanətlərlə təmin edilirdi. Burada ABŞ-ın himayəsi altında demokratik Qərb rejimləri həlledici rol oynayır.
ABŞ strategiyası Azərbaycanın, eləcə də digər postsovet ölkələrinin beynəlxalq demokratik sistemin bir hissəsi kimi müstəqil dövlət kimi formalaşmasına yönəlmişdi. Beynəlxalq münasibətlərin subyekti kimi dövlət institutlarının formalaşdırılması başlanğıc dövrünün əsas prioroiteti idi və aşağıdakı əsas təməlləri nəzərdə tuturdu:
- Hakimiyyətin və cəmiyyətin sabitliyi, idarə oluna bilmə və proqnozlaşdırıla bilmə,
- Xüsusi iqtisadiyyatın və minimal sosial zəmanətlərin yaradılması,
- Siyasi sistemin sovet sistemindən kapitalist sisteminə keçirilməsi üzrə islahatlar,
- Demokratik idarəetmə və həm daxili, həm də xarici münasibətlərə tam keçidin yekunlaşdırılması məqsədilə demokratiya institutlarının formalaşdırılması və inkişafı.
Prinsipcə, Azərbaycanda cəmiyyətin sosial-iqtisadi tələbatının yüksək səviyyədə təmin edilməsini və onun siyasi mədəniyyətinin artırılmasını Qərb demokratiyasına keçidin şərti hesab edən rejim keçid dövrünün bu sxemini, prinsipcə, qəbul edirdi. Həm də rəsmi Bakı xarici düşmənlərin olmasını spekulyasiya edirdi. Belə bir düşmənçilik həqiqətən var idi, amma daxili müxalifətin və azadlıqların boğulması, hakimiyyətin və kapitalın inhisarlaşdırılması üçün bəraət ola bilməzdi.
Ola bilər ki, neft istehsalının yüksək templəri və neft qiymətləri qorunub saxlansaydı Qərb hadisələrin mövcud şəkildə anlaşılması ilə və Əliyevin sosial rifah vasitəsilə demokratiyaya daha uzunmüddətli keçid siyasəti ilə razılaşmağa davam edərdi. Amma bugünki həqiqətlər və hasilatın da, neft qiymətlərinin də azalması bu siyasəti və deməli, sabitlik və demokratiyaya postsovet keçidi kimi prioritetləri şübhə altına qoyur.
Əlbəttə, demək olmaz ki, Azərbaycanın və ilk növbədə hakim rejimin qarşılaşdığı böhran Vaşinqton və Br&
"Etiraf edirik ki, milli təhlükəsizliyimiz və ölkələrimiz arasındakı iqtisadi əlaqələr baxımından bizim əlaqələrimiz vacibdir, lakin ABŞ artıq Azərbaycanda görünməmiş insan haqları pozuntularını qəbul edə bilmir”. Konqresmen Kris Smit |
Lakin rehim əvvəlki kimi Qərblə münasibətlərdə köhnəlmiş şablonlara sadiq qalırdı, yenə də regional və daxili sabitlik, energetika təhlükəsizliyinin qorunması, İpək Yolu kimi nəqliyyat logistikası sahəsində xidmətlər təklif edir və demokratik vətəndaş institutlarını cəzalandırmağa davam edirdi.
Yaxın gələcəkdə rejim "sosial rifahdan demokratiyaya” siyasətinə söykənə bilməyəcək, belə ki, neft hasilatı azalmaqda davam edəcək, neft qiymətləri isə 100 dollar limitini aşmayacaq. Bu isə o deməkdir ki, demokratik islahatlar ölkənin sosial-iqtisadi böhrandan yeganə çıxış yoluna çevrilir və beynəlxalq hüquqa əsaslanan azad iqtisadiyyatı, azad cəmiyyəti ehtiva etməlidir.
Konqresmenlərin hazırki təşəbbüsü Maqnitski qanunun qəbul edilməsindən sonrakı beş ildə səslənən bütün son təşəbbüslərdən daha realdır. Dəfələrlə səslənən sanksiya hədələri Azərbaycanın müxalifət düşərgəsində də dəstəklənirdi. 2014-cü ilin iyununda hüquq müdafiəçisi Leyla Yunus Azərbaycan Maqnitski siyahısını dərc etmişdi. Siyahıya rejimin siyasi rəqiblərinə qarşı cəza hökmləri çıxaran mənfur hakimlər daxil edilmişdi. 2015-ci ilin yazında isə Amerika Konqresmenləri Rusiya rejiminə bənzər digər rejimlərə də şamil ediləcək Maqnitski aktının genişləndirilməsi üzərində işə başladılar.
Bəzən qeyri-adekvat görünən əməllərinə baxmayaraq, Azərbaycan hakimiyyəti özü də bir hissəsi olduğu real-politik-ə hörmətlə yanaşır. Rejimin real siyasətini həyata keçirərkən söykəndiyi iqtisadi özül ayaq altından çəkilir və siyasi sistemin fundamentində yırğalanma əmələ gətirir. Bakıda bunu başa düşməyə başlayıblar, bu, parlament, XİN rəhbərinin reaksiyalarından və Prezident Administrasiyası rəhbərinin konqresmenlərin son təşəbbüsünə cavab olaraq ikili standartlar haqqında yazdığı növbəti essesindən bəlli olur.
Sanksiyaların real olub-olmayacağı və Amerika tərəfin növbəti hədə-qorxusu olub-olmadığı aqqında sualın yeri var. Keçmişdə Vaşinqton dəfələrlə rəsmi Bakını xoşagəlməzliklərlə hədələyib, amma bəzi məsləhətləşmələrdən və razılıq əldə olunmasından sonra sanksiyalar mövzusu arxa plana keçib. Amma bu, böyük neft və böyük ümidlər dövrü idi, onların limiti aşılıb. İslahatlardan imtina ciddi qeyri-sabitliklə nəticələnəcək vəziyyəti dərinləşdirməyə davam edəcək, bu da həm Azərbaycan xalqının, həm də beynəlxalq oyunçuların, o cümlədən ölkənin inkişafına və sabitliyinin qorunub saxlanmasına kifayət qədər maddi və digər resurslar yatırmış ABŞ-ın maraqlarını təhlükə altına qoyur. Risklər qəbuledilməzdir. Amerika konqresmenlərinin təşəbbüsü məhz bu haqda siqnal verir.
Turan Analitika Xidməti
.
Maybe you are interested in:
Daha bir konqresmen "Azərbaycanda Demokratiya Aktı"nı dəstəklədi